"Sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərcləri 2 dəfə arta bilər"
Yaxın 10 ildə sığorta şirkətlərinin təbii fəlakətlərlə bağlı xərclərinin 2 dəfə artacağı gözlənilir.
Bunu İsveçrənin təkrarsığorta nəhəngi - "Swiss Re" şirkətinin vitse-prezidenti Gepa Jansen Klaus Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Halbuki, son 30 ildə sığortaçıların təbii fəlakətlə bağlı ödənişləri cəmi 30 % artıb. Bundan sonra dünyada iqlim dəyişiklikləri getdikcə daha geniş vüsət alacaq", - deyə o qeyd edib.
"Mən hər dəfə Bakıya gələndə onun necə inkişaf etdiyinin şahidi oluram. Şəhərdə çoxlu gözəl binalar görürük ki, bunlar da sığorta bazarı üçün dəyərdir. Bu sahədə görüləcək çox iş var", - deyə ekspert əlavə edib.
"Hazırda dünyada insanların 75 %-i sığorta ilə əhatə edilməyib və müdafiəsizdir. Missiyamız bu rəqəmi azaltmaqdır. Apardığımız analizlərə əsasən, ötən il Asiya və Şimali Amerikada 36 ölkə kifayət qədər iqlim dəyişikliklərinin təsirinə məruz qalıb. Təbii fəlakətlər bu ölkələrə 200 milyard ABŞ dolları civarında təsir edib. Məsələn, Türkiyə və Suriyada baş verən zəlzələ iqtisadiyyatda 8 milyard dollarlıq itkilərə səbəb olmuşdu ki, bunun da 90%-i sığortasız olduğu üçün qarşılanmadı", - deyə qonaq vurğulayıb.
© "Report"
Bizim Telegram kanalımıza abunə olun

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?