Şirkətlər qrupu səhmdarına 889 min manat dividend ödəyib
"Retems Group" MMC 2024-cü ildə səhmdarlarına 889 min manat məbləğində dividend ödəyib.
"Retems Group"un gəlirləri kəskin düşüb, mənfəət 4 dəfə azalıb - HESABAT
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Bu ödəniş şirkətin bölüşdürülməmiş mənfəəti hesabına həyata keçirilib. 2023-cü ildə isə dividend ödənişi edilməmişdi.
Hesabat ilində şirkətin cəmi satış gəlirləri 2024-cü ildə 16 milyon 247 min manat təşkil edib. Bu, 2023-cü ilin 34 milyon 153 min manatlıq göstəricisi ilə müqayisədə 17 milyon 906 min manat (2,1 dəfə) azalmadır.
Vergidən əvvəlki mənfəət 642 min manat təşkil edib ki, bu da 2023-cü ilin 2 milyon 601 min manatlıq göstəricisindən 1 milyon 959 min manat (4,1 dəfə) azalma deməkdir.
Mənfəət vergisi 404 min manat (3,6 dəfə) azalaraq 154 min manat təşkil edib.
Şirkətlər qrupu 2024-cü ili 488 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, 2023-cü ilin 2 milyon 43 min manatlıq xalis mənfəətlə başa vurmuşdu. Bu da illik 1 milyon 555 min manat (4,2 dəfə) azalmanın baş verməsi deməkdir.
Bölüşdürülməmiş mənfəət 4 milyon 767 min manat təşkil edib ki, bu da 2023-cü ilin 6 milyon 168 min manatlıq göstəricisindən 1 milyon 401 min manat (22,7%) azdır.
Qeyd edək ki, "Retems Group" səhmdarlarına 2022-ci ildə 218,2 min manat, 2021-ci ildə isə 482,4 min manat ödəniş edib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?