SOCAR-ın maraq göstərdiyi bank nizamnamə kapitalını kəskin artırır
"Azər-Türk Bank" ASC nizamnamə kapitalını 29 milyon manat və yaxud 58 % artıraraq 50 milyon manatdan 79 milyon manata çatdırmağı planlaşdırır.
Bankdakı mənbəyə istinadən xəbər verilir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1 manatdan 1,58 manata çatdırılması hesabına baş tutacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. Bir qədər əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlətə məxsus nəzarət paketinin 51 %-lik hissəsini əldə etmək niyyətini açıqlayıb.
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Az pulla hansı işi qurmaq olar?
Marketinq nə demədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes təlimlər və tədris üsulları
Bitcoin necə işləyir?