SOCAR Xəzər dənizində neft-qaz əməliyyatları üçün xüsusi standartların hazırlanmasını təklif edir

SOCAR Xəzər dənizində neft-qaz əməliyyatları üçün xüsusi standartların hazırlanmasını təklif edirAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycandakı layihələr üzrə xarici tərəfdaşlara Xəzər dənizinin standartlarına uyğun olaraq dənizdə neft və qaz əməliyyatları aparmağı təklif edir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunun II günündə deyib.
"Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq şirkətlər fəaliyyətlərində beynəlxalq standartları tətbiq edir. Bu, normal və düzgündür, çünki bununla əməliyyatların təhlükəsizliyi və işin keyfiyyəti təmin edilir. Lakin hesab edirik ki, bu standartları Xəzər dənizinin şərtlərinə uyğunlaşdırmaq lazımdır. Yəni bunlar, məsələn, Şimal dənizində tətbiq olunan standartlara uyğun olmalıdır", – o vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq standartların Xəzər regionunun şərtlərinə uyğunlaşdırılması maliyyə xərclərinə ciddi qənaətə gətirib çıxaracaq:
"Bizdə Şimal dənizindəki kimi soyuq deyil. Yəni Xəzərdə aysberqlər dreyf etmir. Buna görə də Xəzər dənizinin standartları ilə, yəni bu hövzənin şərtlərinə uyğunlaşdırılmış beynəlxalq standartlarla işləmək daha səmərəli olardı. Araşdırma apardıq və müəyyən etdik ki, Xəzər dənizinin standartlarının tətbiqi xərclərimizə yüz milyonlarla ABŞ dolları qənaət edəcək".
B.Hüseynov əlavə edib ki, bu təşəbbüsün həyata keçirilməsi mürəkkəb prosesdir:
"Bizim yanaşmamız ondan ibarətdir ki, biz özümüz Xəzər regionuna uyğun standartlar hazırlamalı və onlara uyğun layihələr həyata keçirməli, infrastruktur yaratmalıyıq". / banker.az

Xəbərlər     Tarix: 06 iyun 2024

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


iqtisadi xeberler 1000 manatla biznes bu gunun xeberleri dollar manat kursu valyuta mezennesi