"Son bir ildə rəqəmsal bankçılığa keçid sürətlənib"
Son bir ildə maliyyə xidmətlərində yenilənmiş hüquqi çərçivə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidi sürətləndirib.
Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bunu rəqəmsal bankçılıq üzrə əməliyyatların həcmində də görmək mümkündür.
"Cari ilin birinci rübündə internet bankçılıq əməliyyatlarının həcmi 18% artaraq 59 milyardı ötüb. Mobil bankçılıq əməliyyatların həcmi iki dəfə artaraq 15 milyard manat təşkil edib. İlk rübdə cari hesablar üzrə aparılan müştəri köçürmələrinin say üzrə 93%-i, həcm üzrə isə 75%-i elektron bankçılıq vasitəsilə aparılıb" – Rəşad Orucov əlavə edib. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?