"Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb"
Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb.
Bunu Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, son 4 ildə bir POS-terminal üzrə ödənişlər 4 dəfə artaraq təxminən 10 min manata çatıb: "Bu, sektorda getdikcə dəyişən müştəri davranışlarını və bununla bağlı tələbləri fintexlərin qarşısına yeni hədəflər gətirir".
O qeyd edib ki, Azərbaycanda ötən dövr daha çox lisenziyalaşma və qanunvericiliyin təkmilləşdirilməsi, ödəniş sistemləri haqqında qanunun qəbulu, eləcə də müxtəlif prosedur və qaydaların qəbulu ilə xarakterik olub: "Ötən dövrü sektor oyunçuları özlərinin nizamnamə kapitalı və qanunvericiliyin digər tələblərini həyata keçirməyə sərf ediblər." / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?