"Sosial sahibkarlıq mənəvi dəyərdir" kitabının və veb səhifəsinin təqdimatı keçirilib

1 dekabr tarixində "Cığır" Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qalibi olan "Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğatı üzrə təşəbbüslər" layihəsi çərçivəsində nəşr olunan "Sosial sahibkarlıq mənəvi dəyərdir" kitabının və layihə çərçivəsində yaradılan sosialsahibkarliq.org veb səhifəsinin təqdimat mərasimi keçirilib.
"Libraff" kitab evində baş tutan tədbirdə icraçı direktor Nüşabə Hüseynova açılış nitqini edərək Birliyin sosial sahibkarlıq fəaliyyətindən söhbət açaraq sosial sahibkarlığın cəmiyyət üçün mühüm rol oynadığını, mənəvi dəyərlərin formalaşmasında və qorunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi, Bakı şəhər Ticarət və Xidmət departamenti, BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi, Sahibkarlığın İnkişafı Fondu, "ANC" Group MMC,  "Grand" marketlər şəbəkəsi, Nar Mobile şirkəti, Gəncliyə Yardım Fondu, "Master CC" Academy, Sosial Dəstək Mərkəzi, "Teas Press" nəşriyyatı və digər dövlət qurumlarından nümayəndələr, millət vəkili Aydın Mirzəzadə, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının müdafiəsi" İB-nin sədri Mehriban Abdullayeva, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Rəsmiyyə Abdullayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Məzunlar Birliyinin sədri Ülkər Zeynalova, universitet müəllimləri, tələbələr, sosial sahibkarlar və digər qonaqlar da iştirak ediblər.
Kitabın ərsəyə gəlməsində böyük rolu olan dizayn və redaksiya heyəti olan gənclər təəssüratlarını bildirərək kitabın sosial sahibkarlığa gedilən yolda mənəvi dəyərlərin əhəmiyyətindən söhbət açdığını və sosial dəyər qazanmaq istəyənlərə yol xəritəsi olacağını qeyd ediblər.
İB-nin sosial sahibkarlıq layihələri üzrə meneceri Rəfiqə Nurullayeva və layihələrin tərtibatı və strateji inkişaf departamentinin rəhbəri Elbəy Əliyev hazırladıqları sosial sahibkarlıq fəaliyyəti haqqında monitorinqlə tanış ediblər. Bu monitorinqdə Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlar, həmçinin bu sahə ilə əlaqəli şəxslər və ekspertlərlə  keçirilmiş görüşlər, təşkil olunmuş müzakirələr yer alaraq mövcud ekosistemdə sosial sahibkarlığın ümumi dəyərləndirilməsi öz əksini tapmışdır.
Daha sonra Black Agency şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan sosialsahibkarliq.org veb səhifəsinin təqdimatı keçirilib.  Bu veb səhifədə layihələrin məhsullarının onlayn satışı təmin olunacaq eyni zamanda sosial sahibkarlıq məfhumu haqqında məlumat bazası əks olunacaqdır. Veb səhifənin qurulması həm bu layihələrin daha çox hədəf kütləsinə çatmasına və eyni zamanda bir neçə aztəminatlı şəxsin işlə təmin olunmasına şərait yaradacaqdır.
Sonda tədbir iştirakçılarına kitab hədiyyə edilib.
/ marja.az

Maraqlı     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir


iqtisadi xeberler kripto internetden pul qazanmaq en son xeberler biznes krediti