S&P: Azərbaycanın bank sektorunda ümumi risk səviyyəsi azalıb

S&P: Azərbaycanın bank sektorunda ümumi risk səviyyəsi azalıb"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Qafqaz və Mərkəzi Asiya ölkələrində, o cümlədən Azərbaycanda bank aktivlərinin kefiyyətinin davamlı qalacağını açıqlayıb.
Bu barədə reytinq agentliyinin region ölkələri üzrə proqnozunda bildirilib. "Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanda bank performansının 2024-cü ildə aşağı ikirəqəmli kredit artımı və gəlirlilik və kapital göstəricilərini dəstəkləyən sabit aktiv keyfiyyəti ilə davamlı qalacağını gözləyirik. İqtisadi artım üçün əlverişli perspektivlər, kreditlərə yüksək tələbat, xüsusilə pərakəndə satış, yaxşı maliyyələşdirmə və likvidlik göstəriciləri, eləcə də sabit gəlirlilik 2024-cü ildə bankların kredit reytinqlərini dəstəkləyəcək. 2024-cü ilin fevralına regionda banklar üçün reytinq proqnozlarının 80%-i "Sabit" olub" – hesabatda qeyd edilib.
"Standard and Poor"s" əlavə edib ki, 2023-cü ildə Azərbaycan və Qazaxıstan üzrə BICRA qiymətləndirməsinə yenidən baxılıb. İki ölkənin bank sektorunun sənaye və ölkə risklərinin səviyyəsi 9-dan 8-ə endirilib. Bu isə Azərbaycanın bank sektorunda riskin ümumi səviyyəsinin azaldığını göstərir.
Bununla belə, "S&P" vurğulayıb ki, iki amil Azərbaycanın bank sektoruna və iqtisadi artım tempinə mənfi təsir edir: "2020-ci ildə quru sərhədlərini digər ölkələrin vətəndaşları üçün bağlayan Azərbaycanın iqtisadiyyatına və bank sektoruna miqrant və kapital axınının və qeyri-rezident depozitlərinin artımının müsbət təsiri region ölkələri ilə müqayisədə daha az nəzərə çarpacaq. Bundan əlavə, neft hasilatının uzunmüddətli tədricən azalması Azərbaycanın ortamüddətli iqtisadi artım perspektivlərini məhdudlaşdıracaq".
Reytinq agentliyi ümumilikdə isə hesab edir ki, region ölkələrinin bank sektoru üçün əsas gözlənilən risklər qlobal iqtisadiyyatda gözləniləndən daha kəskin tənəzzül, regionda geosiyasi gərginliyin artması, pərakəndə kreditləşmədə kəskin artım, valyuta məzənnələrinin yüksək dəyişkənliyi və maliyyə sisteminin de-dollarizasiya tempinin yavaşlaması ola bilər.
"Regionun bank sektorlarında tənzimləmə, nəzarət və korporativ idarəetmə inkişaf edir, lakin hələ də inkişaf etmiş sektorlara nisbətən daha az effektiv və proqnozlaşdırıla bilir"- "S&P" əlavə edib. / banker.az

Banklar     Tarix: 18 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri