Şüvəlanda italyanlar ilə Tədris və Laboratoriya Mərkəzi yaradılacaq

Şüvəlanda italyanlar ilə Tədris və Laboratoriya Mərkəzi yaradılacaqİtaliyanın elektrik enerjisi istehsalı üçün turbin və generator istehsal edən "Ansaldo Energia" şirkətinin nümayəndə heyəti ADA Universitetində olublar.
Marja xəbər verir ki, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti, "AzərEnerji" ASC, "Ansaldo Energia" və Turin Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Razılaşmaya əsasən "AzərEnerji"nin Şüvəlandakı "Şimal" Elektrik Stansiyasının ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq. Burada qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanması təmin ediləcək.
İtaliyanın "Ansaldo Energia" şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyası ilə tanış olmaq üçün Azərbaycana gəliblər. Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasına artıq İtaliyanın Ansaldo Energia şirkəti tərəfindən istehsal olunan 2 ədəd qaz turbini və 2 ədəd generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb. / marja.az

Maraqlı     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal

ABŞ ilə Çin arasında süni intellekt sahəsində texnoloji yarışın bütün diqqətləri özünə cəlb etdiyi bir dövrdə dünyanın ən mühüm süni intellekt şirkətinin rəhbərinin Çin casusu hesab edilən qadınla nikahdankənar münasibətd

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Bütün günü uzanmaq və heç nə etməmək istəyi tənbəllik deyil, ciddi siqnaldır: Karl Yunqun müdrik fikri

Bəzən hətta adət etdiyimiz gündəlik işlər belə həddindən artıq ağır görünür. Divandan qalxmaq, mesajlara cavab vermək və ya ev işləri ilə məşğul olmaq istəyi olmur. İnsan özünü fəaliyyətsizliyə görə qınayır, toparlanmağ

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti M6 prosessoru ilə təchiz edilmiş yeni 24 düymlük iMac və 14 düymlük MacBook Pro kompüterlərini təqdim edib. Yeni modellər şirkətin kompüter məhsulları seriyasını yeniləmək strategiyasını

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir


iqtisadi xeberler bitcoin qiymeti kicik biznes online pul qazanmaq biznes xeberleri