"Synergia Academy" və "PMD Hospitality"nin "Təlimdən Karyeraya" birgə layihəsi uğurla - BAŞA ÇATDI - FOTOLAR
Bu gün Synergia Academy və PMD Hospitality-nin birgə əməkdaşlığı nəticəsində həyata keçirilən "Təlimdən Karyeraya" layihəsi uğurla başa çatmışdır.
FED.az xəbər verir ki, tədbir Synergia Academy-nin Baş İcraçı Direktoru Rəna Əfəndiyevanın çıxışı ilə başlamış, PMD Hospitality-nin Baş İcraçı Direktoru Uygar Koçaşın nitqi ilə davam etmişdir.
"Təlimdən Karyeraya" layihəsi 2024-cü ilin mart ayında başlamış və 6 ay ərzində davam etmişdir. Sözügedən layihənin əsas məqsədi gənc nəslin nümayəndələrinin Qonaqpərvərlik sahəsinə olan maraqlarını artırmaq və təlimlərə cəlb etmək, onlara layihə boyunca intensiv yumşaq və müvafiq texniki bacarıqların əsasını öyrədərək, bu sahə üzrə işlə təmin etmək idi.
Layihə iştirakçı tələbələrin qonaqpərvərliklə bağlı müxtəlif sahələri dərk etmələrinə yardım etmiş, onların karyera və həyatlarında daha parlaq və peşəkar olaraq inkişafına köməklik göstərmişdir.
Tədbirdə layihə iştirakçıları sertifikat , müxtəlif maarifləndirici hədiyyələr ilə təltif və PMD Hospitality-yə daxil olan hotellərdə iş ilə təmin edilmişdilər.
Onu da qeyd edək ki, Synergia Academy-nin layihəsi bununla yekunlaşmır, növbəti aylarda Bakı şəhəri və regionlarımızda bu layihənin yenidən təşkil edilməyi planlaşdırılır.
Gənc məzunları əldə etdikləri nəticələr münasibətilə təbrik edir, onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzu edirik.






EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?