Taleh Kazımov: "Bu il Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların həcmi 172 mlrd. təşkil edib"
2023-cü ilin 9 ayı ərzində internet bankçılıq vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 172 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) tədbirində deyib.
"Mobil bankçılıq vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi isə illik müqayisədə 2.4 dəfə artaraq 18.5 milyard manat təşkil edib. "Qapalı bankçılıqdan" "Açıq bankçılığa" daha sonra isə "Açıq Maliyyə Konsepsiyasına" keçidin reallaşdırılması AMB-nin əsas hədəfidir" – deyə AMB sədri əlavə edib. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
CV hazırlayarkən buraxılan 5 səhv
Marketinq nə demədir?
İlon Mask kimdir?
Necə Bitcoin almaq olar?
Biznes nədir və hansı növləri var?