Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəri bu gün Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantılarına qatılacaq.
Bu barədə AMB-nin məlumatında bildirilir.
Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a işgüzar səfərə gedib. Azərbaycanın nümayəndə heyəti yaz toplantıları çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, yaz toplantıları aprelin 15-də öz işinə başlayıb. Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər aprelin 17-19-u, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.
İMF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada iki beynəlxalq qurumun fəaliyyəti müzakirə olunacaq.
İclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlament nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyətlərinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt