TANAP konsorsiumu boru kəmərinin ötürücülük qabiliyyətini genişləndirmək variantlarını nəzərdən keçirir

TANAP konsorsiumu boru kəmərinin ötürücülük qabiliyyətini genişləndirmək variantlarını nəzərdən keçirir"TANAP Natural Gas Transmission Company" boru kəməri konsorsiumu (Trans-Anadolu Qaz Boru Kəmərinin inşası və istismarı üzrə operator) bu kəmərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün 7 variantı nəzərdən keçirir.
Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.
"Biz TANAP boru kəmərinin gücünün genişləndirilməsi üçün bir neçə variantı nəzərdən keçiririk. Ümumilikdə 7 ssenari öyrənilir ki, bu da müxtəlif həcmlərə genişlənməni nəzərdə tutur. Hələlik kəmərin genişləndirilməsi ilə bağlı investisiya qərarı yoxdur və TANAP konsorsiumu bunu tək qəbul edə bilməz", – o qeyd edib.
S.Düzyol vurğulayıb ki, qaz kəmərinin gücünün artırılması barədə qərar Avropa istehlakçıları arasında müvafiq maraq, boru kəmərinin sahibləri və qaz istehsalçıları ilə razılaşmalar olduqda qəbul edilə bilər:
"Ancaq Avropa, xüsusən qaza olan tələblə bağlı aydın siqnallar göndərmir. Azərbaycanla avropalı alıcılar arasında uzunmüddətli qaz alqı-satqısı müqavilələri imzalanmalı və TANAP vasitəsilə əlavə həcmlərin nəqli üçün tranzit müqavilələri bağlanmalıdır. Hasilatın həcmini artırmaq üçün investisiya yatırmaq qərarı da qaz istehsalçısı tərəfindən verilməlidir. Bütün bunlar vaxt tələb edir".
O qeyd edib ki, bu müqavilələr imzalandıqdan sonra kəmərin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı qərarın hansı həcmlərə yönəldiləcəyi müəyyənləşdiriləcək, layihənin büdcəsi də dəqiqləşdiriləcək.
Eyni zamanda, baş direktor qeyd edib ki, qaz kəmərinin gücünün ildə 31 milyard kubmetrə çatdırmaq üçün orta hesabla 5 il vaxt lazımdır: "Bizim əsas üstünlüyümüz yeni boru kəmərinin tikintisinə ehtiyac olmaması, yalnız əlavə kompressor stansiyalarının quraşdırılmasıdır. Hazırda iki kompressor stansiyası var, lakin TANAP ildə 31 milyard kubmetrə qədər genişləndirildikdə onların sayı 6-ya çatdırıla bilər".
Onun sözlərinə görə, Avropada qaza tələbat azalıb və bu, qiymətləri aşağı salır və hasilatı artırmaq üçün investisiya qərarlarının qəbuluna kömək etmir. Bundan əlavə, əksər ölkələrin öz iqtisadiyyatlarını karbonsuzlaşdırmaq və aşağı karbonlu həllər həyata keçirmək istəyi də öz təsirini göstərir: "Bununla belə, biz hesab edirik ki, qaz kömür və ya nüvə yanacağı ilə müqayisədə elektrik enerjisi istehsalında istifadə üçün ekoloji cəhətdən təmiz yeganə alternativ olduğundan qaza tələbat olacaq".
S.Düzyol həmçinin bildirib ki, TANAP kəmərinin ötürmə qabiliyyəti ildə 16.2 milyard kubmetr qaz təşkil edir ki, bunun 5.7 milyard kubmetri Türkiyəyə, qalan həcmi isə Avropaya tədarük edilir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, 2024-cü il mayın 1-nə TANAP vasitəsilə 62 milyard kubmetr nəql edilib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək TAP-a birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. / banker.az

Xəbərlər     Tarix: 05 iyun 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq bitkoin qiymeti en son xeberler