Təkrar əkin qarğıdalı və şəkər çuğundurunun sığortası davam edir

Təkrar əkin qarğıdalı və şəkər çuğundurunun sığortası davam edirAqrar Sığorta Fondundan bildirilib ki, Azərbaycanda iqlim şərtlərinin yüksək məhsuldarlığa imkan verdiyi dənli bitkilərdən biri qarğıdalıdır. İldə iki dəfə məhsul verən bu bitkinin ölkəmizdə dənlik və yemlik-silosluq növü yetişdirilir. Ümumilikdə 28,6 min hektar ərazidə yerləşən dənlik qarğıdalı əkinlərinin 13,8 min hektarı, yəni 48 %-i Şəki-Zaqatala bölgəsinin payına düşür. 2023-cü ildə ölkəmizdə 189 min ton dənlik qarğıdalı yığılıb. Təkrar əkində əldə edilən məhsul isə 104 min ton olub. Qarğıdalı əkinlərində orta məhsuldarlıq hektara 66 sentner təşkil edir.
Təkrar əkin qarğıdalı və şəkər çuğundurunun sığortası davam edirYağ, un, konserv, şəkər, heyvan və quş yemi, hətta dərman vasitəsi kimi istifadə olunan qarğıdalı bitkisinin məhsuldarlığına və keyfiyyətinə çoxsaylı risklər təsir edir.
Xüsusilə son illər müşahidə olunan intensiv yağışlar, sel-subasma, güclü küləklər iqlim şərtlərinə həssas olan qarğıdalı əkinlərinə ciddi zərər vurur. Fermerlər qarğıdalı sahələrini Aqrar Sığorta Fondu vasitəsilə sığorta edə bilərlər. Sığorta haqqında 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkinlərini sığorta edə bilərlər.
Məsələn, qarğıdalının ən çox əkildiyi Şəki-Zaqatala regionunda 1000 manatlıq qarğıdalı məhsulunun sığortası 33,6 manatdır. Fermer bu məbləğin yarısını – təxminən 17 manatını ödəməklə öz məhsulunu çoxsaylı risklərdən sığortalaya bilir. Şirvan-Salyan regionunda bu məbləğ daha aşağıdır - 1000 manatlıq qarğıdalını sığortalamaq fermerə cəmi 7 manata başa gəlir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən fermerlər arasında ən böyük sığorta ödənişi də məhz qarğıdalı əkinlərinə dəyən zərərə görə olub. 2023-cü ildə Zaqatalanın Qazma kəndində qarğıdalı sahəsinə dolunun vurduğu zərərə görə fermerə 88 min manat ödəniş edilib.
2024-cü ildə də Aqrar Sığorta Fonduna müraciətlər arasında qarğıdalı sahələrinə üzrə zərərlər üstünlük təşkil edir.
Fermerlər təkrar qarğıdalı əkinlərinin sığortası üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edərək sərfəli şərtlərlə öz məhsullarını sığortalaya bilərlər.
Avqust ayında sığortası davam edən digər məhsul şəkər çuğundurudur. Azərbaycanda şəkər istehsalında istifadə olunan yeganə bitki olan şəkər çuğunduru 4 534 hektar ərazilə əkilir. Çuğundur sahələrinin böyük hissəsi Qazax-Tovuz və Şirvan-Salyan bölgəsindədir. Rəsmi statistikaya görə keçən il ölkəmizdə 216 min ton şəkər çuğunduru yığılıb. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 482 sentner, bəzi rayonlarda 500-580 sentnerdir.
Şəkər çuğunduru sahələrinin dörddə biri (1099 ha), ümumi məhsulun isə 35 %-i (74 min ton) Tovuz rayonunun payına düşür. Hacıqabul, Şəmkir, Füzuli, Yevlax, Şamaxı, Biləsuvar, Ağstafa da şəkər çuğunduru istehsalına görə fərqlənir.
Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər öz məhsullarını qeyri-sabit hava şəraitindən və digər risklərdən qorumaq üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.
Belə ki, Qazax-Tovuz regionunda 1000 manatlıq şəkər çuğundurunun sığortası 70 manat təşkil edir, fermerlər bu məbləğin yarısını  - 35 manatını ödəməklə məhsulu sığortalaya bilirlər. Hacıqabul rayonunda isə 1000 manatlıq şəkər çuğundurunun sığorta haqqı 22,8 manatdır, fermerlər 50%-lik dövlət güzəştindən istifadə etməklə, bu məbləğin yarısını – təxminən 11 manatını ödəyərək məhsulunu sığortalaya bilir, məbləğin qalan hissəsi dövlət tərəfindən qarşılanır.
Fondun www.asf.gov.az rəsmi vebsaytında Sığorta kalkulyatorları bölməsində sığortalamaq istədikləri məhsulu, rayonu seçib orta məhsuldarlığa əsasən  ödəniləcək məbləği də hesablamaq mümkündür.
Aqrar Sığorta Fondu son illər artan iqlim dəyşikliklərini, sel-subasma hallarını, aqrar riskləri nəzərə alaraq fermerlərə öz təsərrüfatlarını vaxtında sığortalamağı və dövlətin yaratdığı imkanından istifadə etməyi tövsiyə edir.  / marja.az

Banklar     Tarix: 26 avqust 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri biznes qurmaq bitkoin valyuta xeberleri