Təkrar günəbaxan və çəltik əkinlərinin sığortası Avqustun sonunadək davam edəcək

Təkrar günəbaxan və çəltik əkinlərinin sığortası Avqustun sonunadək davam edəcəkAqrar Sığorta Fondunun yaydığı məlumatda bildirilir ki, yüksək yağlılığı ilə fərqlənən günəbaxan kənd təsərrüfatı, ümumilikdə qida sənayesi üçün ən əhəmiyyətli bitkilərdən sayılır.
Vətəni Amerika olan günəbaxanın ölkəmizdə əsasən yağlıq və yemlik növləri əkilir. Azərbaycanda 10 min hektara yaxın ərazidə günəbaxan yetişdirilir, ildə təxminən 20-25 min ton günəbaxan tədarük olunur.
Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycanda 9 898 hektar ərazidə günəbaxan əkilib, illik istehsal 25 627 ton təşkil edib. Daha çox Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında əkilən günəbaxan sahələrində hər hektardan təxminən 26 sentner məhsul götürülür. Ötən il günəbaxan istehsalına görə lider rayonlar Goranboy (6 331 ton), Tərtər (5 690 ton) və Samux (3 812 ton) olub.
Günəbaxan bitkisinin qiymətinin sabit yüksək olması bu sahədə çalışan fermer və təsərrüfatlara sabit gəlir gətirir.
Dərin kök sisteminə malik olması sayəsində günəbaxan istiyə davamlılığı, suya az tələbkar olması ilə seçilir və quraqlıqdan çox təsirlənmir.
Buna görə kənd təsərrüfatında günəbaxanın taxıl və soya bitkiləri ilə növbəli şəkildə əkilməsi tövsiyə olunur. Günəbaxan bitkisi üçün əsas risklər təbii fəlakətlər, 3-cü şəxslərin hərəkətləri, dolu və həddindən artıq yağıntı, eləcə də müxtəlif bitki xəstəlikləridir.
Son illər intensiv şəkildə yetişdirilən və kifayət qədər gəlirli sahə olan günəbaxan əkinlərini bu risklərdən aqrar sığorta mexanizmi vasitəsilə qorumaq mümkündür.
Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 48 növ kənd təsərrüfatı məhsulunu, o cümlədən günəbaxan bitkisini də güzəştli şərtlərlə müxtəlif risklərdən sığortalayır.
Günəbaxan həm əsas, həm də təkrar əkinlərdə əkilən bitkidir. Bu bitki üzrə təkrar əkinlərin sığortası avqust ayının sonuna qədər davam edəcək.
50%-lik dövlət dəstəyi sayəsində sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə günəbaxan əkinlərini sığortalaya bilərlər. Məsələn, Tərtər bölgəsində 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq üçün fermerin 7 manat ödəməlidir. Günəbaxanın ən çox yetişdirildiyi Gəncə-Daşkəsən və Qazax-Tovuz istisadi rayonlarında isə bunun üçün 12 manat ödəniş kifayət edir.
Sığorta müddəti avqust ayının sonuna qədər davam edən digər təkrar əkilən bitkilər - qarğıdalı, şəkər çuğunduru və çəltikdir.
Çəltikdən alınan düyü bütün dünyada əsas qida məhsullarından biridir. Azərbaycanda 3000 hektardan artıq ərazidə çəltik yetişdirilir, hər hektar üzrə məhsuldarlıq təxminən 35 sentnerdir, 2023-cü ildə 10481 ton çəltik tədarük olunub.
Çəltik əsasən Aran və Lənkəran-Astara regionunda yetişdirilir, ən çox çəltik becərilən rayonlar Lənkəran (832 ha), Ağdaş (688 ha) və Ucardır (680 ha). Hazırda 50% dövlət dəstəyi ilə çəltiyin aqrar sığortası prosesi davam edir. Məsələn, Mərkəzi Aran regionunda 1000 manatlıq çəltik məhsulunun soxsaylı risklərdən sığortası 12 manata başa gəlir. Fermer bu məbləğin yarısını, yəni 6 manatını ödəməklə öz məhsulunu sığortalaya bilər. Lənkəran-Astara iqtisadi rayonunda isə 1000 manatlıq çəltiyin sığortası fermerə cəmi 5,7 manata başa gəlir.
Fermerlər aqrar sığorta ilə əkin sahələrini, meyvə bağlarını, meyvə ağacları və kollarını, tingləri, iri və xırdabuynuzlu heyvanlarını da 50% güzəştlə müxtəlif risklərdən sığortalaya bilərlər. Aqrar sığorta məhsulları, şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi «www.asf.gov.az), 1651 Çağrı Mərkəzi, eləcə də bölgələrdəki filiallarından əldə etmək olar. Fermerlər ödəniləcək sığorta haqqını internet səhifəsindəki    Sığorta kalkulyatorları bölməsində özləri də hesablaya bilərlər.    / marja.az

Banklar     Tarix: 15 avqust 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri biznes qurmaq bitkoin valyuta xeberleri