Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!

Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca, tələbələrin kirayə mənzil axtarışı da sürətlənib. Artıq indidən münasib qiymətə ev tapmaq istəyənlərin sayı artsa da, bazarda təklifin məhdud olması qiymətləri yüksəldir. Bir çox tələbə ya otaq yoldaşı axtarmağa məcbur qalır, ya da hələ də büdcəsinə uyğun mənzil tapa bilmir. Əmlak ekspertləri isə bildirirlər ki, sentyabr ayında universitetlər açıldıqdan sonra tələbin daha da artacağı gözlənilir və bu, kirayə bazarında qiymətlərə əlavə təzyiq göstərə bilər.

Xüsusilə Elmlər Akademiyası, 28 May, Nərimanov və Gənclik kimi ali təhsil müəssisələrinə yaxın ərazilərdə kirayə mənzillərin qiymətləri diqqət çəkir. Hazırda bu ərazilərdə birotaqlı mənzillərin aylıq kirayə haqqı əksər hallarda 500 manatdan başlayır. Bəs kirayə bazarında yaranmış bu vəziyyətin əsas səbəbləri nələrdir? Sentyabr ayında qiymətlər daha da arta bilərmi?

Biznes.az xəbər verir ki, mövzu ilə bağlı daşınmaz əmlak eksperti Ramil Osmanlı Modern.az-a açıqlama verib.

O, yeni tədris ili ərəfəsində tələbələrin münasib qiymətə kirayə mənzil tapmasının daha da çətinləşdiyini bildirib:

"Ölkədə, xüsusilə Bakı şəhərində son illərdə kirayə mənzil problemi getdikcə daha da ciddiləşir. Kirayə bazarında münasib qiymətə mənzillərin sayı azalır, təklif daralır, buna baxmayaraq tələb yüksək olaraq qalır.
Bunun əsas səbəblərindən biri şəhərsalma layihələri çərçivəsində bir və iki mərtəbəli fərdi yaşayış evlərinin, eləcə də köhnə çoxmənzilli binaların mərhələli şəkildə sökülməsidir. Nəticədə köhnə və nisbətən əlçatan yaşayış fondu azalır, onun yerini isə daha bahalı yeni tikililər tutur. Bu da bazarda münasib qiymətə kirayə mənzil təklifinin azalmasına səbəb olur.

Digər mühüm amil söküntü nəticəsində evlərini itirən vətəndaşların müəyyən müddət ərzində kirayə bazarına yönəlməsidir. Bununla yanaşı, son illərdə xaricdən gələn şəxslərin və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların sayının artması da kirayə mənzillərə tələbi yüksəldən əsas faktorlardan biridir.
Bütün bu səbəblər kirayə mənzil bazarında qiymət artımını şərtləndirir. Xüsusilə yeni tədris ili ərəfəsində tələbələrin münasib qiymətə kirayə mənzil tapması daha da çətinləşir və bazarda bu istiqamətdə problemlər daha qabarıq şəkildə hiss olunur.

Hesab edirəm ki, mövcud vəziyyət yaxın bir neçə il ərzində də davam edəcək. Gələcəkdə hökumətin kirayə mənzil bazarında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, özəl sektoru bu sahəyə daha fəal cəlb etmək üçün müəyyən təşviq mexanizmləri tətbiq etməsi mümkündür. Lakin hazırda bazarda əsas mənzərə dəyişməyib: xüsusilə şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə kirayə mənzil təklifi məhduddur, tələb isə yüksək olaraq qalır. Nəticədə kirayə qiymətlərində artım tendensiyası davam etməkdədir".

Xəbərlər     Tarix: 30 iyul 2026

Oxşar xəbərlər

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,


iqtisadi xeberler kripto bitcoin qiymeti dollar mezenne valyuta kurslari