AMB sədri: İnflyasiyanı əsasən idxal edirik
"Biz tələb amillərinin inflyasiyaya təsirini yüksək qiymətləndirmirik. Hesablamalarımız onu göstərir ki, büdcə xərclərinin, cari xərclərin 10% artımı və kredit portfelinin, bank sektoru vasitəsilə kredit portfelinin 10% artımı müvafiq olaraq 0.29% və 0.12% artırıcı təsir göstərir. Bu da bizim şəraitimizdə yüksək göstərici deyil. Bu onu deməyə əsas verir ki, tələb inflyasiyasının ümumi inflyasiya təsiri aşağıdır".
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
Taleh Kazımov əlavə edib ki, inflyasiya tələb və təklif amillərindən formalaşır. Biz inflyasiyanı əsasən idxal edirik və son 4 ildə müşahidə edirik ki, inflyasiyaya artırıcı təsir edən amil məhz təklif amilidir:
"Təklif amillərinə baxdıqda, burada iki əsas kanal var. Birincisi, idxal etdiyimiz mal və xidmətlərin qiyməti, yəni ticarət tərəfdaşlarında olan inflyasiya nəticəsində artan qiymətlər Azərbaycana idxal olunur. Həmçinin də, yerli bazarda istehsalçıların xərc amillərinin artmasıdır. Xərc amilləri dedikdə, bizim tənzimlənən xidmətlərimiz var, misal üçün işıq, qaz, su və digər yanacaq qiymətləri, hansı ki, dövlət tərəfindən idarə olunur. Onların dəyişimi, bizim istehsal etdiyimiz mal və ya xidmətlərin maya dəyərinin artımı nəticəsində bizdə inflyasiya yaranır". / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Onlayn biznes növləri
Start-up nədir?
Mcdonalds françayzinqi neçiyədir?
Startup nədir və necə olur?
SWIFT nədir?