Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏ

Mal-qara əkini məhv etdi, Aqrar Sığorta 8 614 manat ödədi – İLK DƏFƏAzərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Marja xəbər verir ki. bu günlərdə Aqrar Sığorta Fondu tərəfindən Cəlilabad rayonunda fəaliyyət göstərən "Ramal-Dər" MMC şirkətinə 3-cü şəxsin hərəkəti nəticəsində dəyən zərər üzrə sığorta ödənişi həyata keçirilib.
Ölkəmizdə ən geniş yayılan 3-cü şəxsin hərəkəti nəticəsində zərər vurulması halı – əkin sahəsinə mal-qaranın buraxılması və heyvanlar tərəfindən məhsulun məhv edilməsidir.
"Ramal-Dər" MMC şirkətinə Cəlilabad rayonu, Kazımabad kəndi ərazisində yerləşən 5 hektar arpa və 6 hektar buğda sahələrinə 3-cü şəxsin hərəkətləri, mal-qaranın məhsulu məhv etməsi  nəticəsində dəymiş zərərlə bağlı 8 614 manat məbləğində sığorta ödənişi edilib.
Sahələrə mal-qaranın daxil olması ilə bağlı Aqrar Sığorta Fonduna müraciətdən sonra əraziyə aqrar sığorta ekspertləri yönləndirilib.
Araşdırma nəticəsində arpa sahəsinin tamamilə məhv edildiyi, yəni 100% zərər dəydiyi, buğda sahəsində isə zərərin 66,67% olduğu müəyyən edilib.
Müvafiq olaraq arpa sahəsinə məbləğ ifadəsində 4 690 manat, buğda sahəsinə isə 5 168 manat məbləğində zərər hesablanıb. Bu məbləğlərdən azadolma məbləğləri, yəni arpa üzrə 469 manat, buğda sahəsi üzrə isə 775 manat çıxılıb.
Nəticədə "Ramal-Dər" MMC şirkətinə 3-cü şəxsin hərəkəti nəticəsində arpa sahəsi üzrə 4 221 manat, buğda sahəsi üzrə isə 4 393 manat, ümumilikdə 8 614 manat sığorta ödənişi edilib.
Təsərrüfatın sahibi Zakir Ağayev bildirir ki, əkin sahələri üçün ən böyük problemlərdən biri nəzarətsiz mal-qaradır: "Onlar əkin sahəsini məhv edir, onların qarşısını almaq olmur, zərərə görə kompensasiya almaq isə mümkün olmur. Əvvəllər də belə hallar olurdu amma zərəri heç kim ödəmirdi. Yalnız aqrar sığorta sistemi işə düşdükdən sonra bu zərərə görə kompensasiyaların verilməsinə başlanılıb". 
Xatırladaq ki, "Ramal-Dər" MMC şirkəti sözügedən əkin sahələrinin sığortalanmasına 5 hektar arpa sahəsi üçün 39 manat, 6 hektar buğda sahəsi üçün isə 49 manat, yəni ümumilikdə 88 manat sığorta haqqı ödəyib. Bu, hər hektar əkin sahəsi üzrə cəmi 8 manat sığorta haqqı deməkdir.
Ümumilikdə indiyədək 3-cü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə dəymiş zərərlər üzrə 370 min manat sığorta ödənişi həyata keçirilib.
"Aqrar sığorta qaydaları"na əsasən, əkin sahəsinə 3-cü şəxsin hərəkəti nəticəsində zərər vurulması halı Daxili İşlər Nazirliyinin yerli qurumu – rayon polis şöbəsi və ya idarəsi tərəfindən təsdiqlənməlidir.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib ki:
"3-cü şəxslərin hərəkəti nəticəsində sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan əsas sənədlərdən biri də səlahiyyətli dövlət qurumunun faktı təsdiq edən arayışıdır. "Ramal-Dər" MMC-yə zərər dəyməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin faktı təsdiq edən arayışı tələb olunmuş və həmin arayış təqdim edildikdən sonra sığorta ödənişi həyata keçirilmişdir".
Əkin sahəsinə zərər vuran mal-qaranın sahibinə qarşı tədbir görüləcək
Qanunvericiliyə görə, Aqrar Sığorta Fondu fermerə zərər ödənişi etdikdən sonra həmin məbləği sahəyə zərər vurmuş heyvanların sahibindən tələb edir. Yəni heyvanların sahibinə qarşı məhkəmə iddiası qaldırılır və sözügedən sığorta ödənişinin Fonda ödənilməsi, eləcə də məhkəmə xərclərinin qarşılanması tələb edilir.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib ki, təsərrüfata 3-cü şəxsin hərəkəti nəticəsində zərər dəydikdə, Fond sığorta ödənişi etdikdən sonra həmin ödənişi zərər vuran tərəfdən, yəni heyvanların sahibindən tələb edəcək:
"3-cü şəxsin hərəkəti qismində sığorta ödənişinin verilməsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada fermerə dəymiş zərərə görə onun qarşı tərəfdən ödəniş tələb etmək hüququ subroqasiya qaydasında Aqrar Sığorta Fonduna ötürülür. Bu o deməkdir ki, Fond fermerə sığorta ödənişi etdikdən sonra həmin vəsaiti təsərrüfata zərər vuran şəxsdən tələb etmək hüququna malik olur. Yəni, "Ramal-Dər" MMC-yə mal-qaranın nəzarətsiz qalması nəticəsində vurulan zərər Fond tərəfindən gələcəkdə həmin heyvanların sahiblərindən tələb olunacaqdır".
"Əgər "Ramal-Dər" MMC-nin əkin sahələri sığortalanmasaydı, o, dəymiş zərərə görə ödəniş almayacaqdı və həmin zərəri zərər vuran tərəfdən özü tələb etməli olacaqdı. Amma fermerin sığortası olduğuna görə ona dəymiş zərər Fond tərəfindən qarşılanıb və indi Fond həmin məbləği zərər vuran tərəfdən, yəni nəzarətsiz heyvanların sahibindən tələb edəcəkdir. Bu isə fermeri əlavə məhkəmə xərclərindən, məhkəmə rüsumlarından, məhkəmə proseslərində iştirakdan və sair hallardan azad edir", – deyə L. Alıyeva-Məmişova bildirib.
Başqa sözlə, aqrar sığorta fermerə vurulan zərəri qarşılamaqla yanaşı, onun əlavə məhkəmə proseslərində iştirak etməsinə ehtiyacı da aradan qaldırır. Bu halın fermer üçün müsbət cəhəti ondan ibarətdir ki, o, təsərrüfatına dəymiş zərərə görə sığorta ödənişini alır və bu zaman məhkəmə proseslərində iştirak etmir. Yəni məhkəmə xərcləri, məhkəmə proseslərində iştirak və müxtəlif sənədlərin toplanması kimi qayğılardan azad olur. Bütün bu proses Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilir.
Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini 3-cü şəxslərin hərəkətləri ilə yanaşı, dolu, fırtına-qasırğa, sel-subasma, leysan, yanğın, vəhşi heyvan hücumu, şaxtavurma, torpaq sürüşməsi və sair risklərdən sığortalayır. Fermerlərə dəstək məqsədilə isə sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir.
Aqrarsığortaməhsulları, əkinlərinvə heyvanlarınsığortalanması şərtləri, eləcə də sığortahaqları barədə ətraflı məlumatı AqrarSığortaFondununrəsmiinternetsəhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciətetməklə almaqmümkündür.

Banklar     Tarix: 28 iyul 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu