Tələbələrin köçürülməsi ilə bağlı dəyişikliklər hazırlanır
Cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır. Məsələ geniş şəkildə Milli Məclisdə və ictimaiyyətdə müzakirə olunur.
Köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.
Bununla əlaqədar olaraq 2022-2023-cü tədris ilinin qış tətili müddətində transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.
Qeyd edək ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İban nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Swift nədir?