"Tezliklə istifadəçilərimiz Azərbaycandan Türkiyəyə, pul kisəsindən pul kisəsinə pul köçürə biləcəklər"

Türk dövlətlərində yaşayan istifadəçilərin maliyyə həllərinə tək platformada çıxışını təmin edən Türkiyə startapı "Turan", "United Payment"in rəhbərlik etdiyi növbəti investisiya turunda 35 milyon türk lirəsi (təxminən 2 milyon manat) investisiya alıb. Turda "APY Ventures" də iştirak edib.
Marja.az xəbər verir ki, finteç startapı "Turan"; Türkiyə, Azərbaycan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Qazaxıstan arasında saniyələr ərzində pul köçürülməsinə imkan yaradır. Startap istifadəçilərinə fiziki və virtual "Turan" kartları, 24/7 pul köçürmələri, təmassız ödənişlər, fakturaların ödənilməsi və QR kodu ilə ödəniş kimi bir çox xidmətlər də təqdim edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2022-ci ildə qurulan "Turan" hazırda 300 mindən çox istifadəçiyə çatıb. Startapın Türkiyə, Azərbaycan və Özbəkistanda ofisləri var.
"Turan"ın qurucusu Özgür Bayraktar: "Türk dövlətləri arasında rəqəmsal pul köçürmə dəhlizi yaratmaq məqsədimizdə ilk olaraq Azərbaycandakı fəaliyyətimizi sürətləndirdik. Tezliklə istifadəçilərimiz Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana pul kisəsindən pul kisəsinə olmaqla pul köçürə biləcəklər (cüzdandan cüzdana para transferi). Bizim əsas məqsədimiz eyni modeli bütün Türk dövlətlərində tətbiq etməklə və vahid pul kisəsi infrastrukturu ilə dövlətlər arasında rəqəmsal pul köçürmələrini təmin etməklə dəhlizlərimizi tamamlamaq olacaq".
"Görünməz gücümüz "United Payment"ə ilk gündən bizə etibar etməyə və inanmağa davam etdiyinə və birlikdə çıxdığımız bu səyahətdə bütün maliyyə infrastrukturumuzu təmin etdiyinə görə təşəkkür edirəm. İnanırıq ki, bu ardıcıl investisiya strateji əməkdaşlığımızın dərinləşdirilməsində mühüm addımdır", - Özgür Bayraktar əlavə edib.
"United Payment"in baş direktoru İlker Sözdinler, "United Payment olaraq genişləndiyimiz xarici bazarlarda sərmayə qoyduğumuz startapları dəstəkləyir və bizimlə birlikdə onların böyüməsinə böyük əhəmiyyət veririk. Biz qabaqcıl infrastruktur imkanlarımızdan, eləcə də dinamik və innovativ startap komandalarından istifadə etməklə birlikdə ekosistem yaradırıq. Yarandığı gündən bu yana investor və iş ortağı kimi yanında olduğumuz "Turan" təklif etdiyi xidmətlərlə bu ekosistemin mühüm bir hissəsini təşkil edir", - deyib.

Banklar     Tarix: 23 yanvar 2024

Oxşar xəbərlər

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin


iqtisadi xeberler bu gunun xeberleri biznes krediti biznes qurmaq internetden pul qazanmaq