Trading Economics: AMB 2025-ci ildə uçot dərəcəsini 5%-dək endirə bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə uçot faiz dərəcəsini 5%-dək endirə bilər.
Bu barədə "Trading Economics" beynəlxalq iqtisadi statistika portalının ölkə üzrə proqnozunda bildirilib.
"Trading Economics" qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, AMB 2025-ci ilin I rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacaq. "Bununla belə, II rübdə uçot dərəcəsi 6,75%, III rübdə isə 6,5%-ə endiriləcək. Ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə, 2025-ci ilin sonuna Azərbaycanda uçot dərəcəsinin 5,00 faiz civarında olacağını proqnozlaşdırırıq"- portal əlavə edib. / banker.az
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət