Treyderlər ABŞ dollarının bahalaşacağı ilə bağlı mərcləri kəskin şəkildə artırıblar
"Bloomberg" agentliyi "JPMorgan Chase" bankının məlumatlarına istinadən xəbər verir ki, treyderlər ABŞ seçkiləri ərəfəsində dolların bahalaşacağını mərc etdikləri üçün oktyabrın 14-dən 20-dək olan həftə ərzində dollara tələb kəskin artıb.
Marja.az məlumata istinadən xəbər verir ki, opsion bazarında ən yüksək məzənnələr Amerika dollarının Sinqapur və Avstraliya dollarlarına nisbətdə artımında müşahidə olunub. "Bloomberg" yazır ki, bu, treyderlərin Çinə bağlı valyutalar ilə əlaqədar riskləri hedcinq etdiklərinə işarədir. Meksika pesosu və avroya qarşı dolların alınmasına da güclü tələbat olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ABŞ-da seçkilər ərəfəsində treyderlər dollar üzrə uzun mövqelərini artırır və qısa mövqelərini bağlayırlar. ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyasının (CFTC) məlumatına görə, treyderlər iyulda toplanmış dollar üzrə xalis qısa mövqedən demək olar ki, tamamilə xilas olublar.
Həmçinin "JPMorgan" avronun məzənnəsinin aşağı düşməsi ilə bağlı mərclərin artdığını qeyd edib, bəzi sövdələşmələr avronun dollara nisbətdə paritetə (1 avro=1 dollar) düşməsini nəzərdə tutur.
Prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-a idxal olunan Avropa mallarına rüsumları artıracağını vəd etdiyi üçün avronun paritetə düşməsi ehtimalı artır. "JPMorgan"ın ekspertlərinə görə, bu, EUR/USD cütlüyünün düşməsi ilə bağlı mərclərin daha da artmasına şərait yaradır.
Haırda EUR/USD məzənnəsi 1.08 səviyyələrindədir.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?