TÜİB iş adamları birliyi – şəhid pilotun ailəsini Türkiyəyə - GÖNDƏRİR
Azərbaycanda fəaliyyət göstərən nüfuzlu biznes qurumlardan biri - sıralarında çoxsaylı Türkiyə və Azərbaycanlı iş adamlarını birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliy (TÜİB) şəhid ailələrinə qayğı və diqqətlə bağlı daha bir addam atıb.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşularaq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşklatçılığı ilə həyata keçirilən "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Plaformasının Dövlət Sosial Müdafiə Fondu ilə birgə həyata keçirilən "Qardaş Ailə" layihəsi çərçivəsində DSX-nin Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımovun ailəsi Türkiyənin Şanlıurfa şəhərinə yola salınacaq.
19 oktyabr 2022-cil tarixində, saat 14.45-də Türkiyə Səfirliyinin Nuru Paşa Salonunda TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəvəti ilə DSX-nin Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımovun ailəsinin Türkiyənin Şanlıurfa şəhərinə yola salma mərasimi keçiriləcək.
Şanlı Vətən müharibəmizdə bizə qanları və canları bahasına zəfər bəxş etmiş şəhidlərimizin, qazilərimizin övladlarına, ailə üzvlərinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcudur. TUİB-in həyata keçirdiyi "Tək Millət, Tək Ürək" Beynəlxalq Platforması çərçivəsində ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüslər davam etdirilir. "Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Bu istiqamətdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyuruq"-deyə təşkilatın açıqlamasında bildirilir.
Səfər çərçivəsində şəhid ailəsi üzvləri ilə rəsmi qurumlarda görüşlər keçiriləcək, onlar Türkiyənin görməli yerlərinə baş çəkəcəklər.
Tədbirdə Türkiyə səfiri Doç.Dr. Cahit Bağcı, TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat başda olmaqla, Platformanın fəaliyyətində rolu olan tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak edəcək.
Qarabağ Azərbaycandır!
Şəhidlər müqəddəslərimiz , Qazilər baş tacımızdırlar!
Onların övladları isə bizlərə əmanətdirlər!

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
ƏDV geri al və onun üstünlükləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?