Tural Feyzullayev Mərkəzi Bankda baş direktor təyin edildi

Tural Feyzullayev Mərkəzi Bankda baş direktor təyin edildiTural Hicrət oğlu Feyzullayev 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, o bu vəzifədə Rəna Məlikovanı əvəzləyib. Məlikova müşavir təyin edilib.
1990-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini "Beynəlxalq və Avropa hüququ", 2014-cü ildə isə həmin universiteti "Beynəlxalq biznes hüququ" ixtisasları üzrə magistr dərəcələri ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holding" MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlamışdır.
2015-2016-cı illərdə Mərkəzi Bankın Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
2016-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi vəzifələrində işləmişdir.
2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
2020-2021-ci illərdə Mərkəzi Bankın Hüquq departamentində direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2021-2022-ci illərdə "AccessBank" QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləmişdir.
2021-ci ildə Birinci "Yüksəliş" müsabiqəsinin qalibi olmuşdur.
2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləmişdir.
Ailəlidir.

Banklar     Tarix: 29 yanvar 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya