Tural Piriyev: "Günay Bank"ın əmanətçilərinə 35.12 milyon manat kompensasiya veriləcək"

Tural Piriyev: "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir.
Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Tural Piriyev bildirib.
Onun sözlərinə görə, "Günay Banık"ın lisenziyası ləğv olunan zaman depozit portfeli 82 milyon 507 min manat təşkil edirdi: "Bu 19 min 77 əmanətçini əhatə edirdi və bunlardan 19 min 42 nəfəri sığortalanan əmanətçilər idi. Qorunan əmanətlər isə 72 milyon 315 min manat təşkil edir".
T. Piriyev həmçinin qeyd edib ki, "Günay Bank"la birgə 22 bank ləğvedilmə prosesindədir, lakin bunların heç də hamısında kreditorlar komitəsi yoxdur.
"Əgər "Günay Bank"ın kreditorları bir yerə toplanıb komitə yaratmaq istəsə biz əlbəttə bunu dəstəkləyəcəyik", – o əlavə edib.
İcraçı direktor vurğulayıb ki, sığortalanmamış əmanətlərin qaytarılması qanunvericiliyə uyğun olaraq tənzimlənəcək: "Günay Bank"da birinci olaraq bütün sığortalanmış əmanətlər veriləcək. Bundan sonra sığortalanmamış əmanətlər üzrə qanunvericiliyə uyğun addımlar atılacaq".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin mayın 16-da "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən – 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib. / banker.az

Banklar     Tarix: 21 iyun 2023

Oxşar xəbərlər

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler bitkoin valyuta mezennesi leobank kart dollar məzənnəsi