TuranBank 2022-ci ilin I yarısını 1,7 milyon manat mənfəətlə başa vurdu

TuranBank 2022-ci ilin I yarısını 1,7 milyon manat mənfəətlə başa vurduBu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2022-ci ilin I yarımilinin maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.
Bankın yaydığı press-relizdə bildirilir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən Bank cari ilin ilk yarısını 1,7 mln. manat mənfəətlə başa vurmuşdur.
2022-ci ilin I yarısının yekunlarına görə, TuranBank ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 30,8% və ya 185,8 mln. manat artaraq 788,7 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 31,2% və ya 116,5 mln. manat artaraq 489,8 mln. manat təşkil etmişdir. Daim etibarlılıq prinsiplərinə sadiq qalan TuranBank-ın depozitlərinin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, 2022-ci ilin I yarısının sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,6% və ya 153,4 mln. manat artaraq 450,9 mln. manat, fiziki şəxslərin depozitləri isə 36,6% və ya 81,2 mln. manat artaraq 303,5 mln. manat təşkil etmişdir. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.
2022-ci ilin I yarısı ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirmişdir. Belə ki, TuranBank ilə nüfuzlu maliyyə qurumu Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Həmçinin Bank EMF Mikromaliyyə Fondundan Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 4 milyon ABŞ dolları həcmində kredit cəlb etmişdir. Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Bundan başqa, bazarın tələbini nəzərə alaraq rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atılmış, məsafədən göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. Hesabat dövrü ərzində Bank SİMA ilə tərəfdaşlığa başlayaraq müştərilərin filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza ilə təsdiqləyərək rahat şəkildə TuranBank-da əmanət yerləşdirməsini təmin etmişdir. Bununla yanaşı TuranBank  mobil əlavəsi üzərindən "PİN kodun bərpası" xidməti, Bakcell, Nar abunəçiləri üçün mobil əlavəni internetsiz istifadə etmə imkanı da müştərilərin ixtiyarına verilmişdir. Bildirək ki, mobilbank əlavəsi banka gəlmədən ödənişlər, köçürmələr və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanını yaratmaqla bərabər Bankın müştərilərinə təqdim etdiyi kredit, əmanət, kart məhsulları və digər xidmətlərlə bağlı yenilənmiş məlumatların əldə edilməsi fürsətini də yaradır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 18 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı qeyd olunan keçidə daxil olaraq əldə edə bilərsiniz: https://bit.ly/3v4Vnar .
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ   və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 22 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri