TuranBank-ın dəstək olduğu "V Neftçili Yay Futbol Düşərgəsi"nə start verildi

TuranBank-ın dəstək olduğu ®Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq "YAŞAT" Fondunun, "ASAN Könüllüləri" Təşkilatının, "Neftçi" Peşəkar Futbol Klubunun təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə həyata keçirilən "V Neftçili Yay Futbol Düşərgəsi"nə maliyyə dəstəyi göstərib.
16 – 25 iyun tarixlərində Bakı şəhərində baş tutacaq, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan düşərgənin açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov, TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.
Düşərgə şəhidlərimizin 6-12 yaş aralığındakı övladlarından ibarət 100 iştirakçını əhatə edir. Layihənin əsas məqsədi gənclərin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.
Açılış mərasiminin ardından TuranBank-ın dəstəyi ilə iştirakçılara xatirə hədiyyələri təqdim edildi və həmçinin idman yarışları, "Neftçi" futbol klubu ilə tanışlıq, əyləncə saatı təşkil olundu. Ümumilikdə tədbirin davam edəcəyi 9 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.
TuranBank
Bizimlə etibarlıdır…
TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu TuranBank-ın dəstək olduğu / banker.az

Banklar     Tarix: 19 iyun 2023

Oxşar xəbərlər

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki


iqtisadi xeberler iqtisadiyyat xeberleri kripto valyuta kurslari dollarin kursu bu gun