TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib.
Belə ki, Sədr "Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı əlaqələrin qurulması" adlı paneldə bank sektorunun və regional maliyyə alətlərinin rolu barədə mühüm strateji baxışları bölüşüb.
Biznes.az xəbər verir ki, Orxan Qarayev öz çıxışında nəqliyyat dəhlizlərinin idarə edilməsi, rəqəmsal inteqrasiya və KOS-ların maliyyə əlçatanlığının artırılması, həmçinin İslam Özəl Sektoru İnkişaf Korporasiyasının (ICD) Maliyyələşdirmə Xətti (LoF) alətlərinin real istehsaldan-çatdırılmaya qədərki dövrlərə uyğunlaşdırılması istiqamətində bankın strateji baxışını diqqətə çatdırıb. Sədr bu prosesdə dövlət qurumları, maliyyə təşkilatları, rəqəmsal platformalar və logistika provayderləri arasında qurulan çoxsahəli tərəfdaşlıq modellərinin KOS-ların qlobal ticarətə davamlı inteqrasiyasındakı müsbət rolunu vurğulayıb. Həmçinin dövlətimizin sahibkarlara yaratdığı əlverişli biznes mühiti və Bankın çevik maliyyə dəstəyi sayəsində KOB subyektlərinin rəqəmsal e-ticarət və B2B platformalarına inteqrasiyasının regional bazarlara çıxışda ən böyük rəqəmsal təkan olacağını bildirib. Sədr, dövlət dəstəyi mexanizmlərinin, xüsusilə güzəştli maliyyələşdirmə alətlərinin KOS-lara yönəldilməsinin onların regional dəyər zəncirinə qoşulmasını stimullaşdıran əsas amil olduğunu xüsusi qeyd edib.
1992-ci ildən fəaliyyət göstərən TuranBank Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır və müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən Bank yerli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlığın (KOS) dayanıqlı inkişafını və maliyyələşdirilməsini prioritet istiqamət kimi rəhbər tutur, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
TuranBank
Bizimlə etibarlıdır...




Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?