"TuranBank"da təyinat olub
"TuranBank" ASC-də Pərakəndə Bankçılıq Departamentinə direktor təyin edilib.
Banker.az saytının məlumatına görə Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Ramil Qələndərov təyin olunub.
Məlumat üçün bildirək ki, Ramil Qələndərov ümumilikdə bank sektorunda 19 illik təcrübəyə malikdir. O, 2005-ci ildən AccessBank, Bank of Baku, Unibank-da müxtəlif vəzifələrdə çalışmış, 2023-cü ildən sözügedən təyinata qədər isə Rabitəbank-da Retail Bankçılıq Departamentinin direktor müavini vəzifəsini icra edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları