"Turanbank"da vəziyyət necədir?

"Turanbank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 1 milyon 216 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 112 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Turanbank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 104 min manat və ya 11 dəfəyə yaxın artıb. 
CƏMİ GƏLİRƏRİ ARTIB, CƏMİ XƏRCLƏRİ AZALIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 181 min manat və ya 12,6% artaraq 28 milyon 431 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 104 min manat azalaraq 21 milyon 555 min manat təşkil edib. 
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
Cəmi gəlirlərin artması ilə paralel cəmi xərclərin azalması "Turanbank"ın əməliyyat mənfəətinin 3 milyon 285 min manat artmasını təmin edib. "Turanbank"ın əməliyyat mənfəəti 2024-cü ilin 1-ci rübündə 3 milyon 591 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 6 milyon 876 min manat təşkil edib. İlk rübdə Bank əməliyyat mənfəətindən 5 milyon 659 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (ötən ilin ilk rübündə 3 milyon 479 min manat ayırmışdı).
2025-ci ilin 1-ci rübündə "Turanbank"ın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb, faiz xərcləri isə azalıb.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
Ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "Turanbank"ın cəmi aktivləri 25 milyon 642 min manat və ya 3% artaraq 31 mart 2025-ci il tarixində 875 milyon 469 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15 milyon 115 min manat və ya 2,3% artaraq 666 milyon 946 min manata çatıb. "Turanbank"ın istehlak kreditləri portfeli 11 milyon 822 min manat artaraq 168 milyon 127 min manata, biznes kreditləri portfeli 207 min manat artaraq 366 milyon 271 min manata, ipoteka kreditləri portfeli 3 milyon 87 min manat artaraq 132 milyon 549 min manata yüksəlib. 
"Turanbank"da fiziki şəxslərin depozitləri 1 milyon 702 min manat artaraq 368 milyon 555 min manata yüksəlib. 
31 mart 2025-ci il tarixində "Turanbank" 120 milyon 178 min manat məcmu kapitala malik olub. Bu, Mərkəzi Bankın minimal məcmu kapital tələbi məbləğindən (50 milyon manat) 2,4 dəfə çoxdur.

Banklar     Tarix: 16 aprel 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar manat kursu kripto valyuta mezennesi birbank