"TuranBank"la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə Önəmli saziş

"TuranBank"la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə Önəmli sazişÖlkənin aparıcı banklarından biri olan "TuranBank" ASC və Asiya İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş imzalanıb.

Biznes.az bildirir ki Yeni saziş çərçivəsində AİB "Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı"na (TSCFP) TuranBank ASC-ni daxil edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib. Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

"Biz TSCFP-nin Azərbaycanda TuranBank ilə əlaqələr qurduğunu görməkdən şadıq. AİB qlobal ticarət, iş yerlərinin artımı və iqtisadi inkişafı dəstəkləmək öhdəliyinə sadiqdir. Bu tərəfdaşlıq Azərbaycanda təchizat zəncirləri və ərzaq təhlükəsizliyi üçün çox vacibdir." Bu barədə AİB-nin Azərbaycan üzrə direktoru Candice McDeigan bildirib.

"TuranBank" ASC və AİB arasında bağlanan bu saziş beynəlxalq maliyyə təşkilatlarının Bankımıza inamının daha bir mühüm göstəricisidir. Bu saziş ölkəmizdə sahibkarlara beynəlxalq ticarət fəaliyyətini asanlaşdırmaq, onların idxal və ixrac imkanlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin etmək məqsədilə nəzərdə tutulub. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoruna, həmçinin xarici ticarətin inkişafına öz töhfəsini verəcəkdir."- deyə "TuranBank"ın İdarə Heyətinin sədri Fəzail Musayev qeyd edib.

Məlumat üçün bildirək ki, AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

"TuranBank"la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə Önəmli saziş"TuranBank"la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə Önəmli saziş

Banklar     Tarix: 15 aprel 2024

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti