Türk Lirəsi yeni nazirlərin təyinatına baxmayaraq ucuzlaşır
Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdə sonra da Türk Lirəsi ucuzlaşmaqda davam edir.
Marja.az xəbər verir ki, Ərdoğanın yeni kabineti (yeni nazirlərin adlarını) açıqlaması da Türkiyənin milli valyutasına müsbət təsir göstərməyib. Bakı vaxtı ilə saat 07:50-də Dollar/Türk Lirəsi (TL) məzənnəsi 21,15 lirə təşkil edib. Bu gün Türk lirəsi Dollar qarşısında 0,8% də dəyərdən düşüb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edək ki, qlobal birjalarda ABŞ dolları Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) iyun ayında faiz dərəcələrini artırıb artırmayacağına dair qeyri-müəyyənlik fonunda son iki ayın ən yüksək səviyyəsinə yaxın əməliyyat olunur. Dolların mühüm valyutalar qarşısında bahalaşması da Türk Lirəsinin ucuzlaşmasına təsir göstərir.
Uzun illər iqtisadiyyat idarəçiliyində çalışan Mehmet Şimşəkin maliyyə naziri təyin edilməsinin Türkiyə aktivlərinə müsbət təsir edəcəyi gözlənilirdi. Lakin hələlik bu baş verməyib. Şimşək beynəlxalq səviyyədə qəbul edilən iqtisadi siyasətləri ilə tanınır.
Nazir Şimşək ilk açıqlamasında, "Türkiyənin rasional zəminə qayıtmaqdan başqa yol yoxdur. İstənilən rifahın əldə edilməsində qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik" deyib.
Həmçinin oxu


Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi