Türk Lirəsinin ucuzlaşması sürətləndi - QISA MÜDDƏTDƏ 7 FAİZDƏN ÇOX DƏYƏR İTİRDİ
USD/TL (ABŞ Dolları/Türk Lirəsi) məzənnəsinin həftənin əvvəlindən bu yana davam edən yüksəlişi daha da sürətlənib. Marja xəbər verir ki, məzənnə 7 faizdən çox artaraq rekord səviyyələrə çatıb. Dolların qiyməti 23 türk lirəsini (TL) də keçərək 23,06 lirəni görüb (Bakı vaxtı ilə saat 11:09-a olan məlumat)
Dollar/Türk Lirəsi məzənnəsində 3 günlük artım 9%-i keçib. İlin əvvəlindən məzənnədə 20 faizdən çox artım var.
Avro/TL məzənnəsində isə 24,84 ilə rekord qeydə alınıb.
Seçkilərdən sonra Dollar/Türk Lirəsi məzənnəsində yüksəliş dinamikası müşahidə olunur.
Xarici qurumlar dollar/TL gözləntilərini yenidən nəzərdən keçirdilər. Commerzbank il sonu Dollar/Türk Lirəsi proqnozunu 20-dən 25-ə yüksəltdiyi halda, 2024-cü il üçün il sonu gözləntisini 30 olaraq açıqlayıb.
Commerzbank-ın baş iqtisadçısı Tatha Ghose, Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlməsindən sonra siyasətlərin istiqaməti ilə bağlı qeyri-müəyyənliyin artıq olmadığını və buna görə də valyuta bazarının "gözləməyə davam etməsi üçün" heç bir səbəbi olmadığını bildirib.
"Goldman Sachs"ın analitikləri məzənnəyə olan təzyiqlərə istinad edərək, üç, altı və on iki aylıq dövrlər üçün Dollar/Türk Lirəsiproqnozlarını yuxarıya doğru nəzərdən keçiriblər. Goldman Sachs analitikləri rüblük Dollar/Türk Lirəsi proqnozunu 19-dan 23-ə, altı aylıq proqnozunu 21-dən 25-ə, on iki aylıq proqnozunu isə 22-dən 28-ə qaldırıblar.
Analitiklər qeyd ediblər ki, Türkiyə Mərkəzi Bnkının xalis ehtiyatları mənfi əraziyə keçib və müdaxilə imkanları azalıb.
Digər tərəfdən "SocGen" və "JPMorgan" iyun toplantısında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iddialı faiz artıracağını proqnozlaşdırırlar.
Həmçinin oxu
Daha bir xarici qurum Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağını gözləyir
/ marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi