Türkiyə bankları kütləvi şəkildə Rusiya bankları ilə işləməkdən imtina edir

Türkiyə bankları kütləvi şəkildə Rusiya bankları ilə işləməkdən imtina edirTürkiyə bankları sanksiyalardan ehtiyat edərək kütləvi şəkildə Rusiya bankları ilə əməkdaşlıqdan imtina edir. Məlumata görə, Türkiyənin maliyyə qurumları müqaviləni rəsmi bağlamadan müxbir münasibətlərini kəsir və ödənişlərin işlənməsini dayandırır.
Yanvarın 1-dən Rusiyadan Türkiyəyə pul köçürmələri demək olar ki, dayanıb, ixracatçılar lirə və rublla ödənişləri qəbul etməkdən imtina edib, bəzi banklar hətta artıq qəbul edilmiş əməliyyatları geri qaytarıb, bu barədə "Turkish Economim" yazır.
Nəşrin verdiyi məlumata görə, bu məsələ ABŞ-ın dövlət katibi Antoni Blinkenin yanvarın əvvəlində Türkiyəyə səfəri zamanı qaldırılıb. O, "sanksiyalardan yayınma və ixrac nəzarəti probleminin həllinin" vacibliyini vurğulayıb.
Fasilələr həm də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən görülən tədbirlərlə əlaqədardır. Problem Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən tanınıb və orada səlahiyyətlilərin yoxlamaları səbəbindən dekabrın sonundan etibarən çətinliklərin artdığını qeyd edib. "Amma düşünürəm ki, yanvardan sonra vəziyyət yaxşılaşacaq", – assosiasiya rəhbəri gözləyir.
Türkiyə bankları Avropa İttifaqının (Aİ) 12-ci sanksiyalar paketinin tətbiqindən sonra nəzarəti gücləndirib; ödənişləri lirə ilə edərkən, zəncirin bütün iştirakçılarına qarşı sanksiyaların olmadığını təsdiqləmək üçün daha çox məlumat və sənədlər tələb etməyə başlayıb.
Hələ 2022-ci ilin yayında Türkiyə ABŞ-a Rusiyaya qarşı sanksiyalardan yayınmağa imkan verməyəcəyinə söz verib. Birləşmiş Ştatlar və Avropa İttifaqı o vaxtdan etibarən sonrakı məhdudiyyətlər paketlərindəki tədbirlərdən yayınmanın qarşısını almaq üçün yeni mexanizmləri təsdiqləyib.
Rusiya hökuməti sanksiyaları qeyri-qanuni, səmərəsiz hesab edir və onların uzun müddət qüvvədə qalacağını gözləyir. / banker.az

Banklar     Tarix: 17 yanvar 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri