Türkiyə Mərkəzi Bankı faizini daha da artırdı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB uçot dərəcəsini 2,50 faiz bəndi artıraraq 15%-dən 17,50% çatdırıb.
Bazarlar uçot dərəcəsinin 5 faiz bəndi artırılaraq 20%-ə çatdırılacağını proqnozlaşdırırdı.
TCMB yaydığı press-relizdə, inflyasiyanın azaldılması üçün sərt pul siyasəti prosesinin davam etdirilməsinə qərar verildiyini vurğulanıb.
Mətndə qlobal inflyasiyanın azaldığı, hələ də uzunmüddətli orta göstəricilərin və mərkəzi bankların hədəflərinin üzərində olduğu bildirilib, bu səbəbdən dünyanın bir çox ölkəsində mərkəzi bankların sərt pul siyasəti prosesini davam etdirdiyi qeyd edilib.
TCMB, Türkiyədəki son göstəricilərin inflyasiyanın əsas tendensiyasının artmaqda davam etdiyinə işarə etdiyini, daxili tələbin güclü qalmasının, əməkhaqqı və valyuta məzənnələrindən qaynaqlanan xərc təzyiqlərinin bu prosesi şərtləndirən amillər olduğunu bildirib.
TCMB turizm gəlirlərinin dəstəyi ilə birbaşa xarici investisiyaların, xarici maliyyələşmə şərtlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasının, ehtiyatlarda davam edən artımın və cari hesabda yenidən balanslaşdırmanın qiymət sabitliyinə güclü töhfə verəcəyini bildirib.
Press-relizdə ortamüddətli inflyasiya hədəfinin 5 faiz olduğu vurğulanıb, inflyasiya proqnozunda nəzərəçarpacaq yaxşılaşma əldə olunana qədər faizin artırılmasının davam etdiriləcəyi, zərurət yarandıqda mərhələli şəkildə gücləndiriləcəyi bildirilib.


Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları