Türkiyə Mərkəzi Bankının xalis ehtiyatı mənfi 4,4 milyard dollar olub
Türkiyə CümhuriyyətiMərkəzi Bankının (TCMB) ehtiyatları seçkiyə bir həftə qalmış azalmağa davam edib.
Marja.az TCMB-nin məlumatına istinadən xəbər verir ki, cəmi ehtiyatlar 26 may həftəsində 3,1 milyard dollar azalaraq 98,5 milyard dollara düşüb. Son 2,5 ayda TCMB-nin cəmi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub.
Xalis ehtiyatda isə tarixi aşağı səviyyə qeydə alınıb. Məlumata görə, TCMB-nin xalis ehtiyatı mənfi 4,4 milyard dollar təşkil edib.
Svoplar istisna olmaqla xalis ehtiyat pisləşməkdə davam etmişdir. 26 May həftəsində xalis ehtiyat mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeydə alınmışdı.
Yerli rezidentlərin valyuta depozitləri 7 milyard dollar azalıb
Mayın 26-sı həftəsində yerli rezidentlərin xarici valyutada depozitlərinin sürətlə xaricə getməsi də diqqəti cəlb edib. Əvvəlki həftədə 183 milyard dollar olan yerli sakinlərin xarici valyuta depozitləri 26 Mayda bitən həftədə 176 milyard dollara düşüb.
Fiziki şəxslərin xarici valyutada depozitləri əvvəlki həftə ilə müqayisədə 3,9 milyard dollar azalaraq 105,8 milyard dollar, hüquqi şəxslərin xarici valyutada depozitləri isə 3 milyard dollar azalaraq 70,3 milyard dollar olub.

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi