Türkiyədə bütün kriptovalyuta köçürmələri qeydə alınacaq
Türkiyə parlamenti ölkədə kriptovalyutadan istifadəni tənzimləyən və onunla işləmə qaydalarının pozulmasına görə cərimələrin – 7.5 min dollardan 182.6 min dollara qədər, habelə fiziki şəxslərə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən qanun layihəsini qəbul edib.
Qanun layihəsi may ayında hakim Ədalət və İnkişaf Partiyası tərəfindən parlamentə göndərilib və müvafiq idarələrin, xüsusilə də Türkiyənin Maliyyə Bazarlarının Tənzimlənməsi Departamentinin tövsiyələri nəzərə alınmaqla hazırlanıb.
Qanuna əsasən məhz departament, blokçeyn və oxşar texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində lisenziyalar verəcək, kriptovalyuta buraxacaq, yayacaq və ticarət edəcək. Eyni zamanda bütün kriptovalyuta köçürmələri də qeydə alınacaq. Hazırda Türkiyədə kriptovalyuta sahibi olan təxminən 12 milyon insan var. / banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını