"Türkiyədən 10 manata aldığınız geyim Bakıda 12 manata olacaq" - MÜSAHİBƏ

Elxan Mərdanlı: "Qeyri-leqal yolla satış edənlər var. 40-50 nəfər yaxın adamının adına məhsul sifariş edir, vergi ödəmir, maaş vermir, mağaza saxlamır, gətirdiyi məhsulu daha aşağı qiymətə satır. Metrolara, evlərə çatdırır, ödənişi də nağd alırlar. Bu da geyim mağazalarına mənfi təsir edir"
Geyim mağazalarının yanından keçəndə vəziyyətlərindən hali olurduq. Yəni pandemiyadan əvvəlki müştəri yoxdur. Bugünlərdə artıq geyim idxalçıları da vəziyyətlərinin yaxşı olmadığını dilə gətirdilər, bir sıra təkliflərlə çıxış etdilər.
FED.az Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlının müsahibəsini təqdim edir:
- Mağazalarda nəinki əvvəlki, heç yarısı qədər də müştəri yoxdur.
Eləcə də bax: Azərbaycanda "outlet" biznesinin inkişaf etdirilməsi - TƏKLİF OLUNUR
- Pandemiyadan öncə satışlarımız çox yaxşı idi. Bazar payı mağazalar, markalar arasında bölünmüşdü. Pandemiyadan əvvəl onlayn münasibətlər cəmiyyətimizə yad idi. Pandemiya dövründə onlayn xidmətlərə sürətli keçildi. İnsanlar gördülər ki, məhsulları onlaynda daha münasib qiymətə əldə edə bilərlər. Eyni zamanda, bazarda qeyri-leqal yolla satış edənlər var. 40-50 nəfər yaxın adamının adına məhsul sifariş edir, vergi ödəmir, maaş vermir, mağaza saxlamır, gətirdiyi məhsulu daha aşağı qiymətə satır. Metrolara, evlərə çatdırır, ödənişi də nağd alırlar. Bu da bizim kimi mağazalara mənfi təsir edir. Pandemiya dövründə satışlarımız 40 faizə qədər azaldı. İndi də o tendensiya davam edir. Nəticədə şəhərdəki geyim mağazalarının hər 3-ündən 2-sinin qarşısında "icarəyə verilir" elanı yazılıb.
"100 manatlıq məhsulun maya dəyəri bizə142 manata başa gəlir"
- İnsanları xaricdən onlayn alış-verişə yönəldən birinci səbəb qiymətlərin orda daha münasib olmasıdır. 
- Qiymətlər mağazalar tərəfindən təyin olunmur. Hər bir pərakəndə satışda ana ölkədəki markanın tövsiyə qiymətləri öncədən göndərilir. Onun üzərinə ölkədəki vergi, gömrük, nəqliyyat və s. xərclər gəlir, qiymətlər də belə yüksək alınır. Qiymətləri xaricdən onlayn alışla rəqabətli hala gətirmək üçün sahibkarların hazırda iki əsas problemi var: icarə qiymətlərinin yüksək, rüsumların çox olması. Ticarət mərkəzində 120-130 kvadratlıq mağazanın aylıq icarə haqqı 15 min manata yaxındır. Bu qədər icarə ödəyən sahibkar eyni zamanda ölkəyə idxal etdiyi məhsullara görə 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV ödəyir. Bundan başqa, elektron xidmət haqqı, gömrük yığımı, nəqliyyat xərclərini də üzərinə gələndə, 41-42 faiz ödənişimiz var. 100 manatlıq məhsulun maya dəyəri bizə142 manata başa gəlir. Bu da qiymətlərin yüksək olmasına gətirib çıxarır.
"Kuryerlərin mal çatdırma qiymətləri yüksəkdir" 
- Onlayn alış-verişə keçid onsuz dünyada gedirdi, sadəcə olaraq pandemiya dövrü bunu sürətləndirdi. Yəni gec-tez bu, baş verəcəkdi. Geyim sektorunun sahibkarları bunu öncədən hiss etməmişdilərmi?
- Onlayn alış-verişdə elektron mağazanın yaradılması ilə iş bitmir. Onlayn alış-verişin inkişaf etməsi üçün ölkəyə təmassız ödəniş sistemi gəlməli idi. Bizdə son 2-3 ildə gəlib. Mobil ödənişlər sistemi yox idi. Cəmiyyətin çox az hissəsində elektron alış-verişə maraq var idi deyə, biz sahibkarların onlayn alış-verişin peşəkar şəkildə həyata keçirilməsinə nail olmağımız real deyildi. Onlayn alış-verişdə önəmli məsələlərdən biri poçt xidmətinin olmasıdır. Azərbaycanda poçt xidməti onlayn alış-verişi yüksək olan və inkişaf edən ölkələrdəki kimi deyil. Kuryer sistemi güclü deyil, mobil applikasiyaları yoxdur. Özəl poçt xidmətləri də elə inkişaf etməyib. Kuryerlərin mal çatdırma qiymətləri yüksəkdir. 
"Geyim sektorunda ƏDV-nin azaldılmasını təklif edirik"
- Dövlətdən dəstək üçün nələri gözləyirsiniz?
- Hökumətə təklif verdik ki, gömrük əməliyyatları zamanı rüsumu bank zəmanəti ilə ödəyək. Ölkə xaricindən məhsulu biz bank zəmanəti ilə alırıq. Əgər Türkiyədən mal idxal ediriksə, Azərbaycandakı bankların birindən illik zəmanət məktubu veririk. Məktuba əsasən onlar bizə malı göndərirlər. Bəzilərinə 45, bəzilərə 90 gündən sonra ödəniş edirik. Bu, bizə nə avantaj verir? Məhsulu gətiririk, əlimizdəki nağd pulu saxlayırıq. Satdıqdan sonra malın pulunu ödəyirik. Qanunvericiliyə görə təbii fəlakətlər və digər hallarda bundan yararlana bilərik. Normal hallarda bundan istifadə etmək olsa, sahibkarlar üçün dəstək olar. Kənd təsərrüfatı xaric ölkədə ƏDV hər sahədə 18 faizdir. Dünya təcrübəsində ƏDV differensialdır. Hər sahənin vəziyyətinə uyğun ƏDV təyin edilir. Geyim sektorunda ƏDV-nin azaldılmasını təklif edirik. Pilot olaraq azalmanı uşaq geyimlərindən başlaya bilərlər. Türkiyə ilə qarşılıqlı gömrük əməliyyatlarında gömrük rüsumu aradan qaldırılsın. Bununla yanaşı, ölkəyə idxal edilən və satılmayan malları geri qaytarmaq hüququmuz da var. Amma geri qaytaran zaman həmin geyimlərə görə ödədiyimiz gömrük rüsumu geri qayıtmır, bu imkanı da bizə yaratsalar, sahibkarlar üçün çox yaxşı olar.
- Tutaq ki, təklifləriniz reallaşdı. Qiymətlər necə dəyişəcək?
- Demirəm qiymətlər ana ölkəsi ilə eyni olacaq, amma ona yaxın olacaq. Türkiyədən pərakəndə olaraq 10 manata aldığınız geyim mağazalarımızda 12 manata olacaq. Fərq az olanda, artıq onlayn alış-verişin risklərini - səhv məhsul, səhv ölçü, defekt gəlməsi kimi halları da düşünəcəksiniz. Geri qaytara bilmirsiniz. Burda alış-veriş edəndə dəyişə, qaytara bilirsiniz. Qeyd edim ki, hökumət qanunvericilik çərçivəsində qeyri-leqal yolla satış aparanların qarşısını almasa, bazarda yenə qiymətləri tənzimləmək mümkün olmayacaq. Bunun üçün karqo şirkətləri məhsulu təhvil verən zaman həmin insanın özünü tələb etsinlər. Beynəlxalq daşıyıcı şirkətlər məhsulu insanın özünə verir. Bizdə isə kodla istənilən adam götürür. Bu da qeyri-leqal yolla biznes fəaliyyətlərinə gətirib çıxarır. 40-50 adamın adından qeydiyyatdan keçirlər, onların adından sifariş edib, özləri götürürlər.
- Durum belə davam etsə, geyim mağazalarını nə gözləyir?
- Hökumət bununla bağlı xüsusi paket hazırlamasa, kifayət qədər insan işsiz qalacaq. Pandemiyadan sonra nə qədər mağaza bağlandı. Vəziyyət indiki kimi davam edərsə, pərakəndə geyim mağazaları getdikcə bağlanacaq. Artıq Azərbaycanda bildiyimiz brend geyimlərin mağazaları olmayacaq. (Kaspi.az)

Biznes     Tarix: 17 oktyabr 2022

Oxşar xəbərlər

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəblilər

11 milyonluq daha bir şirkət MMC-yə çevrilir 

"Azər Maya İstehsal" QSC (VÖEN: 1505428971) təşkilatı-hüquqi formasını dəyişir. Azərbaycanda 10 milyon manatlıq şirkət – MMC-YƏ ÇEVRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  QSC çevrilmə şəklind

"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir

Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır

Naxçıvanın Şahbuz rayonunda "Şahşərab" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. biznees və maliyyə xəbərləri portatalı xəbər verir ki, 26 iyul 2026-cı il saat 12.00-da Şahbuz şəhəri, H.Əliye

Rusiyalı milyonçular kapitallarını xaricə çıxarır

Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonund

400 illik pivə şirkəti müflis oldu

Almaniyanın ən qədim pivə şirkətlərindən biri – Cənubi Saksoniyanın Braunşveyq şəhərindəki "Hofbrauhaus Wolters" şirkəti müflisləşdiyini elan edib. biznes və maliyyə xəbərləri portalı "Bild"ə istinadə

"Agro Norm" MMC-nin təsisçiləri şirkətdən ayrılır – 4,4 MİLYON İNVESTİSİYA GERİ ÇƏKİLİR

"Agro Norm" MMC (VÖEN: 150236671) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC təsisçiləri Nəbiyev Yaşar Nəriman oğlunun ona məxsus 3 milyon 210 min manat dəyərində payın

Azərbaycan-Almaniya Biznes Şurası yaradılır - FOTOLAR

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.   xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mert

ATİB "Hilton Garden Inn Baku Hotel"i ilə əməkdaşlığı genişləndirir - FOTOLAR

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü Hilton Garden Inn Baku Hotelini ziyarət edib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdar


iqtisadi xeberler birbank en son xeberler dollar manat kursu kicik biznes