Türkiyədən Azərbaycandakı əhaliyə pul köçürmələr 26% artıb
2026-cı ilin birinci rübündə Azərbaycan ilə Türkiyə arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 78.15 mln. dollar təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə Türkiyədən Azərbaycana göndərilən pul baratlarının həcmi 49.91 mln. dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26.1% artıb.
Eyni zamanda, Azərbaycandan Türkiyəyə köçürülən vəsaitlərin həcmi 28.24 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 12.9% azalma deməkdir.
Nəticədə, Azərbaycanın Türkiyə ilə pul baratları üzrə balansında 21.67 mln. dollar həcmində müsbət saldo yaranıb. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 7.16 mln. dollar idi. Beləliklə, bir il ərzində müsbət saldo 3 dəfədən çox artıb.
2026-cı ilin ilk rübündə Türkiyədən daxil olan pul baratları Azərbaycanın ümumi daxilolmalarının 16.8%-ni, Türkiyəyə göndərilən vəsaitlər isə ümumi çıxış köçürmələrinin 27.2%-ni təşkil edib.
Xatırladaq ki, pul baratları bir şəxsin digər şəxsə müəyyən olunmuş vaxtda və ya tələb olunduqda konkret məbləğdə pul ödəməsi barədə verdiyi rəsmi, qanuni sənəddir.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?