Türkiyənin faiz qərarı lirənin ucuzlaşmasının qarşısını alacaqmı? - AÇIQLAMA

Türkiyənin faiz qərarı lirənin ucuzlaşmasının qarşısını alacaqmı? - AÇIQLAMAÖtən gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclasında uçot dərəcəsi birdən-birə 7,5 faiz bəndi artırılaraq 17,5 %-dən 25 %-ə qaldırıldı. Əvvəlki qərardan fərqli olaraq budəfəki artım gözləntilərin xeyli üzərində oldu. Buna görə də qərardan dərhal sonra Türkiyənin milli valyutası 1,5 % dəyər qazanaraq bir ABŞ dolları üçün 26,6 lirə təşkil etdi.
Qardaş ölkənin milli valyutasının məzənnəsi ilə bağlı dəyişikliklər Azərbyacan üçün də əhəmiyyətlidir. Lirənin dəyərdən düşməsi Azərbacanın bu ölkəyə ixracı üçün sərfəli deyil, halbuki, Türkiyə Azərbaycanın qeyr-neft-qaz ixracında əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31,1 %-i Rusiyanın payına düşübsə, 28,9 %-nə də Türkiyə sahib olub. Hesabat dövründə Azərbaycan qardaş ölkəyə 227 milyon ABŞ dolları dəyərində elektrik enerjisi (cəmi eklektik enerji ixracının 72 %-ini təşkil edir), 56,8 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı (83 %-ini), 34,7 milyon ABŞ dolları dəyərində aşqarlanmış alüminium (96,2 %-ini), 27,5 milyon ABŞ dolları dəyərində polipropilen (42,4 %-ini, 8 ölkə arasında II yer), 23,82 milyon ABŞ dolları dəyərində alüminium plitələr, vərəqlər, zolaqlar (83 %-ini), 12,81 milyon ABŞ dolları dəyərində metanol (27 %-ini, 9 ölkə arasında I yer), 15,6 milyon ABŞ dolları dəyərində pambıq ipliyi (91 %-ini), 21,8 milyon ABŞ dolları dəyərində polietilen (26,2 %-ini, 11 ölkə arasında II yer), 7,3 milyon ABŞ dolları dəyərində qurğuşun (98 %-ini), 6,14 milyon ABŞ dolları dəyərində polad yarımfabrikatlar (99,9 %-ini), 3,85 milyon ABŞ dolları dəyərində heyvan (iribuynuzlu, qoyun və quzu) dərisi (89,5 %-ini) tədarük edib.
Bəs tənzimləyicinin son qərarı lirənin məzənnəsini sabitləşdirməyə və inflyasiyanı cilovlamağa imkan verəcəkmi?
KONKRET.azxəbər verir ki, məsələni "Report"a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov Türkiyə Mərkəzi Bankının gözləntilərin üzərində belə bir qərarın verməsi həm investorların inamını bərpa etmək, həm də inflyasiya ilə mübarizə baxımından əhəmiyyətli olduğunu deyib.
Onun sözlərinə görə, növbəti dövr üçün lirənin məzənnəsinin qorunması və burada sabitliyinin təmin edilməsi ilə bağlı əlavə səylərə ehtiyac nisbətən olacaq:
"Bugünkü şərtlər daxilində lirənin möhkəmlənməsindən danışmaq doğru olmazdı. O, möhkəmlənməyəcək. Türkiyənin milli valyutasının qərardan sonra dəyər qazanmasına bazarın ilkin reaksiyası kimi dəyərləndirmək lazımdır. Böyük ehtimalla bu həftə birjaların bağlanmasına doğru məzənnə əvvəlki səviyyəyə qayıdacaq. Bununla belə, Türkiyə Mərkəzi Bankının hazırkı monetar siyasətə sadiq qalacağı təqdirdə lirənin məzənnəsinin dəyərsizləşmə meylləri olmayacaq. Onun məzənnəsinə olan təzyiqlərin bir qədər azalması isə məzənnənin sabitliyinin qorunması üçün dövlət xərclərini azaldacaq. Mərkəzi Bank artıq öz resurslarını digər istiqamətdə yəni hədəfə doğru yönəltməklə müəyyən mənada inflyasiyanın idarə olunan məcraya daxil olmasını təmin edəcək. Növbəti aylarda inflyasiya təzyiqləri qalsa da, bu qərardan sonra əvvəlki kimi olmayacaq. Baza effektini nəzərə almış olsaq təxminən 2024-cü ilin avqust-sentyabr aylarında inflyasiyanın həcmində biz nəzərəçarpacaq azalmaları müşahidə edə biləcəyik".
Ekspert qərarın Azərbaycan-Türkiyə ticarət münasibətləri baxımından da əhəmiyyəti olduğunu diqqətə çatdırıb:
"Türk lirəsinin dəyərdən düşməsinin Azərbaycan üçün ikili effekti var. Bir tərəfdən bu, istehlakçılar üçün müəyyən üstünlüklər yaradır. Yəni məzənnə fərqinə görə Türkiyədən mal almaq Azərbaycan əhalisi üçün sərfəli olur. Lakin geniş mənada türk lirəsinin ucuzlaşması Azərbaycan ixracatçıları, istehsalçılarını rəqabət baxımından həm daxili bazarda, həm də Türkiyə bazarında əlverişsiz duruma salır. Bu mənada türk lirəsinin məzənnəsinin sabitləşməsi, uzaq perspektivdə isə möhkəmlənməsi Azərbaycan məhsullarının rəqabətqabiliyyətliyi baxımından xüsusi önəm daşıyır".
Xatırladaq ki, Türkiyə 2021-ci ildən bu yana qeyri-ənənəvi monetar siyasət yürütməkdə idi. Əgər yüksək inflyasiya vaxtı ənənəvi yanaşma çərçivəsində digər ölkələrin mərkəzi bankları uçot dərəcəsini artıraraq istehlak aktivliyi aşağı salırsa, Türkiyə bunun tam əksini edirdi. Uçot dərəcəsini aşağı salmaqla investisiyaları, məşğulluğu və ixracı təşviq edirdi və bunun nəticəsində inflyasiyanı azaldacağını gözləyirdi. İki ildən bir qədər az dövrdə uçot dərəcəsi 19 %-dən 8,5 %-ə kimi endirilsə də inflyasiyanı ram etmək mümkün olmadı.
Bu ilin mayında inflyasiya illik ifadədə 39,59 % həddində idi. Bu isə hökumətin birrəqəmli inflyasiya hədəfinin xeyli üzərində idi. İyunda ölkənin maliyyə blokunda edilən təyinatlar Türkiyənin ənənəvi monetar siyasətə qayıdışının carçısı oldu. Həmin ayın əvvəlində maliyyə naziri vəzifəsinə keçmişdə baş nazirin müavini olmuş ənənəvi monetar siyasət tərəfdarı Mehmet Şimşək təyin olundu. Bir neçə gün sonra isə Mərkəzi Bankın sədri vəzifəsinə ABŞ-ın Prinston Universitetini bitirən, "Goldman Sachs"da analitiklər qrupuna rəhbərlik etmiş Hafizə Qaye Erkan təyin edildi. O, Türkiyə tarixində həmin vəzifəyə sahib olan ilk qadın oldu. İyunun 22-i keçirilən iclasda isə Türkiyə Mərkəzi Bankı birdən-birə uçot dərəcəsini 8,5 %-dən 15 %-ə kimi artırdı. Lakin bu gözləntilərin altında olduğu üçün proseslərə əhəmiyyətli təsiri olmadı. İyulda qiymət artımı illik ifadədə 47,8 %-ə kimi sürətləndi.

Xəbərlər     Tarix: 25 avqust 2023

Oxşar xəbərlər

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler bitcoin valyuta xeberleri bu gunun xeberleri biznes xeberleri