Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub8–9 aprel tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramları çərçivəsində Yaponiya Respublikasına işgüzar səfər həyata keçirib.
Səfər çərçivəsində ilk olaraq Azərbaycan Banklar Assosiasiyası nümayəndə heyətinin Yaponiya Banklar Assosiasiyası (Japanese Bankers Association – JBA) ilə görüşü keçirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
8 aprel 2026-cı il tarixində baş tutan görüşdə ABA nümayəndə heyəti JBA rəhbərliyi və əlaqədar qurumların ekspertləri ilə bir araya gəlib.
Görüşdə ABA-nı prezident Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, Azərbaycan Mərkəzi Bankının, ölkənin aparıcı banklarının və Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.
Yapon tərəfini isə JBA-nın sədr müavini və baş icraçı direktoru Yasuyuki Matsumoto və onun heyəti — Masayuki Saegusa, Yoji Oki, Ayako Suwa və Reo Takizawa təmsil ediblər.
Görüş çərçivəsində Yasuyuki Matsumoto Yaponiya bank sistemi, ölkənin makroiqtisadi vəziyyəti, ödəniş infrastrukturu və rəqəmsal bankçılığın inkişaf istiqamətləri barədə məlumat verib.
ABA nümayəndə heyəti isə Azərbaycan bank sektorunda rəqəmsallaşma prosesləri, ödəniş sistemlərinin genişləndirilməsi, maliyyə və bank sahəsində aparılan islahatlar və mövcud tənzimləmə çərçivəsi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin The Japanese Banks" Payment Clearing Network, Cooperation Agency for Anti-Money Laundering, Mizuho Bank, Money Forward, Inc., eləcə də Yaponiya Mərkəzi Bankı ilə bir sıra yüksək səviyyəli işgüzar görüşlərdə iştirak edib.
Görüşlər zamanı tərəflər bankçılıq sektorunda qabaqcıl beynəlxalq təcrübələr, rəqəmsal aktivlər, süni intellekt texnologiyalarının maliyyə sektorunda tətbiqi, eləcə də maliyyə əməliyyatlarının şəffaflığının artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində əldə olunan nəticələr Azərbaycan və Yaponiya bankçılıq sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi və institusional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. / marja.az

Banklar     Tarix: 11 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti