"Bank of Baku" TOP-100 ən iri vergi ödəyicisi sırasına daxil olub
Azərbaycanda əsasən pərakəndə kredit sahəsində ixtisaslaşan "Bank of Baku" ASC 2025-ci ildə dövlətə 15 milyon manat vergi ödəməklə TOP-100 ən iri vergi ödəyicisi olan şirkətlərin siyahısına daxil olub.
Banker.az bunu Dövlət Vergi Xidmətinin 2025-ci il üçün açıqladığı siyahıya istinadən xəbər verir.
Bununla da bank əvvəlki illə müqayisədə vergi ödənişlərini 29% artırmış olub. "Bank of Baku" 2024-cü ildə 11 milyon manat vergi ödəmişdi. Öncəki ildə də həmin 100-lüyə daxil idi.
Kommersiya bankının hesabatına əsasən, təkcə 2025-ci ildə mənfəət vergisi üzrə dövlətə 9,95 milyon manat ödənilib. Bu göstərici əvvəlki ildə 8,89 milyon manat idi.
Qeyd edək ki, ötən il bank xalis mənfəətini illik müqayisədə 18% artıraraq 30,6 milyon manata yüksəltmişdi.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt