"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB

"Regional" BOKT MMC 2025-ci ili 215,3 min manat xalis mənfəətlə başa vururb. Bu göstərici 2024-cü ilə nisbətən 12,2 % çoxdur. 2024-cü ildə təşkilatın xalis mənfəəti 191,8 min manat təşkil etmişdi. 
Marja.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, "Regional" BOKT əsas əməliyyat gəlirləri 2024-cü ildə 1 milyon 88 min manat ikən, 2025-ci ildə 1 milyon 718  min manata yüksəlib (630 min manat və ya 58% artıb). Həmçinin ötən il təşkilat 158 min manat digər gəlirlər də əldə edib. 
Ötən il  "Regional" BOKT-ın cəmi əməliyyat xərcləri 1 milyon 607 min manat təşkil edib (2024-cü ildə 1 milyon 165 min manat). Təşkilat keçən il 269 min manat ümumu mənfəət əldə edib, mənfəətdən 54 min manat mənfəət vergisi ödəyib. 
"Regional" BOKT ötən ilin sonuna 6 milyon 587,8 min manat cəmi aktivlərə malik olub. Bu, illik müqayisədə 1 milyon 945,5 min manat (41,9%) çoxdur (2024-cü il - 4 milyon 642,3 min manat). BOKT-un əsas gəlir mənbəyi - kredit portfeli 799,3 min manat (19,1%) artaraq 4 milyon 975,3 min manata yüksəlib. Yaradılmış ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfelinin həcmi 4 milyon 833,3 manat təşkil edib.
Öhdəliklər isə 4 milyon 708,6 min manata bərabər olub ki, bu da illik müqayisədə 576,4 min manat (13,9%) çoxdur. 2025-cü ildə "Regional" BOKT qiymətli kağızlar bazarında aktiv iştirakını davam etdirmiş və ilk dəfə olaraq öz istiqrazlarını kütləvi şəkildə Bakı Fond Birjasında baş tutmuş hərrac vasitəsi ilə tam yerləşdirmişdir. Bu maddə üzrə təşkilatın öhdəlikləri 920 min manatdan 1 milyon 895 min manata yüksəlib.
2025-ci ildə mənfəətin artırılması "Regional" BOKT-un kapital mövqeyini də yaxşılaşdırıb. Eyni zamanda il ərzində BOKT-un nizamnamə kapitalı 500,1 min manatdan 1 milyon 600,1 min manata yüksəlmişdir (artım: 2,2 dəfə). 2025-ci ilin yekununa görə "Regional" BOKT-nın balans kapitalının həcmi 3,65 dəfə artaraq 1 milyon 879,2 AZN təşkil etmişdir. 
"Regional" Bank Olmayan Kredit Təşkilatı MMC 2025-ci ilin maliyyə hesabatı (xülasə) Azərbaycan Respublikası Mərkəzi Bankının 01.08.2014-cü il tarixli BK-26 saylı xüsusi lisenziyası ilə fəaliyyət göstərir. Təşkilat öz fəaliyyətini dörd satış nöqtəsi vasitəsi ilə həyata keçirir. 

Banklar     Tarix: 11 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti