Türkiyənin maliyyə naziri lirənin məzənnəsi ilə bağlı siyasəti açıqlayıb

Türkiyənin maliyyə naziri lirənin məzənnəsi ilə bağlı siyasəti açıqlayıbTürkiyənin maliyyə naziri Mehmet Şimşək bazar ertəsi günü türk lirəsinin dollara məzənnəsi ilə bağlı hədəflər qoyulmadığını, məzənnənin sərbəst şəkildə dəyişməsinə icazə verildiyini bildirib.
Marja.az xəbər verir ki, Şimşək  NTV kanalına müsahibəsində deyib: "Məzənəyə (dollar/lirə- red.) dair heç bir hədəfimiz yoxdur, heç bir proqnoz vermənin də mənası yoxdur. Biz ortamüddətli proqram hazırlamışıq, onda dəyişikliklər ola bilər".
Nazir hakimiyyətin inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək məqsədini təkrarlayıb, lakin qeyd edib ki, göstəricilərdə azalma 2024-cü ilin ikinci yarısından tez gözlənilmir. O, Mərkəzi Bankın uçot dərəcəsini artırması ilə inflyasiyanın yavaşlamağa başlayacağını qeyd edib. 
Şimşek həmçinin bildirib ki, hakimiyyət əhaliyə verilən kreditlərin həcmini azaltmaq niyyətindədir.
"Birinci əmlakın kreditlə əldə edilməsi ilə bağlı heç bir dəyişiklik olmayacaq. Amma vətəndaş ikinci, üçüncü mənzili və ya kurortdan ev alarsa, biz ona kredit dəstəyi göstərməyəcəyik. Biz ciddiyik, bu sahədə kreditləşməni məhdudlaşdıracağıq", - deyə nazir qeyd edib.
Şimşək BƏƏ-nin Türkiyədəki layihələrə təxminən 51 milyard dollar sərmayə qoymağı planlaşdırdığını da xatırladıb, bunun 27 milyard dollarının bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə olacağını deyib. Nazirin sözlərinə görə, Dünya Bankı da Türkiyəyə yardım üçün əlavə 18 milyard dollar ayırmaq və bununla da yardım paketini 35 milyard dollara çatdırmaq niyyətini açıqlayıb.

Maliyyə     Tarix: 11 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun