"Ümid" yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağından 2024-cü ildə qaz hasilatının 2.3 milyard kubmetr olacağı gözlənilir.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) materiallarında bildirilir.
Şirkətin məlumatına görə, bu il "Ümid" yatağından kondensat hasilatı 325.1 min ton təşkil edəcək.
İstismara veriləndən bu ilin mayın 1-nə kimi bu yataqdan 9.2 milyard kubmetr qaz və 1.4 milyon ton kondensat hasil edilib.
Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində "Ümid" yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. "Ümid" yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir. Yataq 2012-ci ildə istismara verilib.
İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes qurmaq üçün nə lazımdır?
İban nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Freelance" nədir?