Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib

Unibank beynəlxalq fonddan 20 milyon ABŞ dolları həcmində kredit cəlb edib®"Unibank" KB ASC beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, yeni iri həcmli maliyyə vəsaiti cəlb edib. "responsAbility Investments AG" ilə strateji tərəfdaşlıq çərçivəsində Bank ümumilikdə 20 milyon ABŞ dolları məbləğində iki kredit xətti əldə edib.
Bu əməkdaşlıq "Unibank"ın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və beynəlxalq maliyyə institutlarının Banka göstərdiyi yüksək etimadın göstəricisi kimi qiymətləndirilir.
Cəlb olunan vəsaitin 10 milyon ABŞ dolları (AZN ekvivalentində) "Global Climate Partnership Fund SA" tərəfindən 5 il müddətinə təqdim olunub. Qalan 10 milyon ABŞ dolları (AZN ekvivalentində) isə "responsAbility" tərəfindən idarə olunan fondlar vasitəsilə 3 il müddətinə ayrılıb.
Yeni maliyyə resurslarının əsas məqsədi "Unibank"ın kredit portfelinin genişləndirilməsi, xüsusilə sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinin dəstəklənməsidir. Bu vəsaitlər Bankın iqtisadiyyatın real sektoruna dəstəyini daha da gücləndirəcək.
"Unibank" KB ASC İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
"responsAbility Investments AG ilə əməkdaşlıq çərçivəsində cəlb etdiyimiz vəsaitlər "Unibank"ın dayanıqlı inkişaf strategiyasına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq beynəlxalq maliyyə institutlarının Bankımıza göstərdiyi yüksək etimadın bariz nümunəsidir. Xüsusilə, Global Climate Partnership Fund ilə əməkdaşlıq çərçivəsində əldə olunan resurslar yaşıl maliyyələşmə təşəbbüslərimizi genişləndirməyə və ekoloji dayanıqlılığı dəstəkləyən layihələri maliyyələşdirməyə imkan yaradacaq. Məqsədimiz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirərək həm sahibkarlığın inkişafına, həm də dayanıqlı iqtisadi artıma töhfə verməkdir."
"responsAbility Investments AG"-ın Maliyyə İnklüzivliyi üzrə Borc Maliyyələşməsi Departamentinin rəhbəri Jaskirat Chadha isə qeyd edib:
"Pərakəndə və KOS müştərilərinə xidmət sahəsində güclü təcrübəyə malik, Azərbaycanın aparıcı banklarından olan Unibank ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu maliyyələşmə, yerli bizneslərin maliyyə resurslarına çıxışını genişləndirəcək, eyni zamanda enerji və resurs səmərəliliyi layihələri vasitəsilə iqlim dəyişikliklərinin azaldılmasına yönəlmiş yaşıl maliyyələşmənin inkişafını dəstəkləyəcək. Dayanıqlı özəl sektorun inkişafına və inklüziv iqtisadi artıma töhfə verəcək uzunmüddətli əməkdaşlıq quracağımıza inanırıq."
Unibank beynəlxalq tərəfdaşlarla əməkdaşlığı strateji prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Bankın maliyyə dayanıqlığını daha da gücləndirməyə və müştərilərinə daha geniş və rəqabətqabiliyyətli maliyyə imkanları təqdim etməyə xidmət edir. / banker.az

Banklar     Tarix: 15 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler