Unibank "Biznes Bankçılıq" nominasiyası üzrə qalib olub

Unibank (®) Unibank "Biznes Bankçılıq" nominasiyası üzrə Azərbaycan bankları arasında 1-ci yeri tutub.
Eyni zamanda bank "Biznes Bankçılıq" üzrə Orta Asiyada 20 ən yaxşı banklardan biri seçilib. Qərar "SME Banking Club" beynəlxalq platformasının "Business Mobile Banking -2025" araşdırmasının nəticələrinə əsasən verilib. Proses müxtəlif ölkə banklarına aid 30-dan çox biznes mobil tətbiqi üzərində aparılıb.
Araşdırma zamanı "Unibank"ın biznes mobil bankçılığı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2025-ci il üzrə TOP-20 ən yaxşı biznes mobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazar şəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobil bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib. 
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
"Unibank"ın digər biznes krediti məhsulları və xidmətlərindən  filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", "Nərimanov", "Neftçilər", "Əhmədli", "Əcəmi" filialları, "Unibank- biznes mərkəzi", "Sədərək" Biznes Mərkəzi" eləcə də "Unibank"ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından ( ) əldə etmək olar. / marja.az

Banklar     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler rubl mezenne leobank kart avtomobil xeberleri birbank