Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı®Unibank KB 2026-cı ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6 milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 32 % artaraq, 254 milyon manata yaxınlaşıb. Aktivlərin həcmi isə 499 milyon manat artaraq 2,3 milyard manatı keçib.
Ötən dövrdə bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 30 iyun 2026-cı il tarixə 14,57 % təşkil edib.
Son bir ildə Unibank beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, nüfuzlu maliyyə qurumlarından 177,5 milyon manata yaxın maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər bankın real iqtisadiyyata dəstəyini daha da genişləndirməsinə, sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfəsini bir qədər də artırmasına imkanlar yaradıb.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ikinci rübünü də müsbət dinamika və əhəmiyyətli nəticələrlə başa vurub: "2026-cı ilin ikinci rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. İlk rübdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni 3 illik strategiyamız çərçivəsində daha çevik, rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün transformasiya ili olaraq qalır. Qarşıdakı dövrdə məhsul və xidmətlərimizi daha da təkmilləşdirmək, rəqəmsal həlləri genişləndirmək və real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz sırasında olacaq".
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 16%, sayı isə 32 % artıb. Bu ilin əvvəlindən 30 iyun tarixinədək nağdsız əməliyyatların həcmi 8,1 milyard manatı, sayı isə 283 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfərə yaxınlaşıb. 2025-cı ilin ikinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 15 %, hüquqi şəxslərin sayı isə 6 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ikinci rübün sonuna ümumi depozit portfelinin həcmi 1,4 milyard manata yaxınlaşıb.
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artmaqla, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 46%-dən çox artaraq, 694 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin 2-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında bu il 53 %-lik artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində payı 47 %-i keçib.
Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 259 milyon manat təşkil edib və kredit portfeli ikinci rübün sonuna 1,5 milyard manata yaxınlaşıb.
Unibank – Sənin Bankın! / banker.az

Banklar     Tarix: 15 iyul 2026

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler rubl mezenne depozit faizleri telefonla pul qazanmaq bu gunun xeberleri