"Unibank" ilin ilk rübündə xalis mənfəət açıqladı
"Unibank KB" ASC 2024-cü ilin birinci rübündə 7.34 mln. manatlıq xalis mənfəət əldə etməklə uzun müddətdir kapital balansında yığılmış zərəri bağlayıb və onu bölüşdürülməmiş mənfəətlə əvəz edib.
Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Məsələn, keçən ilin müvafiq dövründə yığılmış zərərin həcmi 30.74 mln. manat təşkil edirdisə, son bir ildəki mənfəətli fəaliyyətin ardından bu rəqəm 0.49 mln. manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.
Bankın cəmi faiz gəlirləri illik müqayisədə 15 faiz artaraq 56.01 mln. manat, faiz xərcləri 17% artaraq 19.17 mln. manat, qeyri-faiz gəlirləri 7 faiz azalaraq 24.4 mln. manat, qeyri-faiz xərcləri isə 3% artaraq 44 mln. manat təşkil edib.
Bankın əməliyyat mənfəəti öncəki ilin ilk rübündə 14.22 mln. manat olduğu halda, cari ilin eyni dövründə 16.34 mln. təşkil edib.


"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt