Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
®Unibank kiçik sahibkarlığın inkişafını dəstəkləmək, onların böyümə planlarına təkan vermək məqsədilə mikro kreditlər üzrə yeni güzəşt kampaniyası keçirir. Fevralın 28-dək davam edəcək kampaniya, sahibkarlara daha əlçatan və müxtəlif seçim imkanları verən sərfəli maliyyə fürsətləri yaradır.
Kampaniya çərçivəsində sahibkarlar öz bizneslərinin ehtiyaclarına uyğun güzəşt variantını seçmək imkanı əldə edirlər. Kampaniyanın şərtləri sahibkara həm faiz yükünü, həm də komissiya xərclərini azaltmaq imkanı verir. Seçimlər içərisində 0 % komissiyadan, kreditin illik faiz dərəcəsinə 5 %-dək endirimlər mövcuddur. Kampaniya 50 000 AZN-dək girovsuz mikro kreditləri əhatə edir.
2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro sahibkarlar bu fürsətdən faydalana bilərlər.
Sahibkarlar "Unibank"ın "Sumqayıt", "Xırdalan", "Əcəmi", "İnşaatçılar", "Əhmədli", "Bakıxanov", "Mərdəkan", "Nərimanov", "Neftçilər", "Sədərək", "Quba", "Xaçmaz", "Şəki", "İsmayıllı", "Bərdə", "Şəmkir", "Gəncə", "Kəpəz", "Tovuz", "Mingəçevir", "Salyan", "Beyləqan" və "Lənkəran" filiallarına müraciət edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az, ) əldə etmək olar.
Unibank – Sənin Bankın! / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?